Pənah Hüseynin qızı Şəmsəddin Hacıyevə rəqib oldu? - Açıqlama

img

02-10-2015 [21:05]


Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseynin qızı Günay Hüseyn 29 saylı Səbail seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.

Mia.az xəbər verir ki, bu barədə report.az-a həmin seçki dairəsindən məlumat verilib.

Xatırladaq ki, həmin dairədən YAP-ın namizədi deputat Şəmsəddin Hacıyevdir.

Onu da qeyd edək ki, Pənah Hüseyn özü namizədliyini 63 saylı Sabirabad birinci seçki dairəsindən irəli sürüb. Onun namizədliyi qeydə alınıb.

Xəbərə Pənah Hüseyn də münasibətini açıqlayıb. O, musavat.com-a məlumatı təkzib edib: "Günay Hüseynin "Azadlıq 2015” Bloku tərəfindən namizədliyi irəli sürülmüşdü. Amma o, parlament seçkilərində iştirak etməkdən imtina etdi. Qızım hazırda seçkilərdə iştirak etmir”. 




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA