YAP-çı deputat namizədliyini niyə geri götürüb? – SƏBƏB

img

02-10-2015 [17:01]


Yeni Azərbaycan Partiyası (YAP) 41 saylı Sumqayıt I Seçki Dairəsindən namizədliyini irəii sürdüyü hazırkı deputatı Leyla Abdullayevanın namizədliyini geri götürməsinin səbəbini açıqlayıb.
YAP icra katibinin müavini, deputat Siyavuş NovruzovAPA-ya açıqlamasında bildirib ki, buna səbəb L. Abdullayevin dövlət qulluğunda işə keçməsi ilə bağlıdır.
O qeyd edib kİ, hazırda məktəb direktoru işləyən L. Abdullayeva dövlət qulluğunda işə keçmək qərarına gəlib, bu halda isə qanun onun seçkili orqanda təmsil olunmasına icazə vermir: "Bu səbəbdən də namizədliyini geri götürüb. Onun hansı dövlət qulluğunu tutması isə hələ bilinmir. İşə götürüləndə açıqlanacaq”.
Qeyd edək ki, hazırda Sumqayıtı Milli Məclisdə YAP-ın deputatı kimi təmsil edən L. Abdullayeva növbəti seçkilərdə partiyanın siyahısı üzrə namizədliyi irəli sürülsə də, öz ərizəsi ilə namizədliyini geri götürüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA