Prezidentin köməkçisi: “Hər bir şəxs düşündüklərini sosial şəbəkələrdə yaza və təbliğ edə bilər”

img

02-10-2015 [14:50]


"Müstəqil dövlət quruculuğunun banisi Heydər Əliyev KİV üzərində bütün tənzimləyici vasitələri götürməklə azad medianın əsasını qoyub. Bu gün də prezident İlham Əliyev azad, plüralist cəmiyyətin formalaşması üçün bütün addımları atır”.
APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası və Mətbuat Şurasının birgə təşkil etdiyi "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-in rolu və vəzifələri” mövzusunda keçirilən seminarda Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Ə. Həsənov bildirib ki, hər bir şəxs düşündüklərini sosial şəbəkələrdə yaza və təbliğ edə bilər: "KİV də vətəndaşın hakimiyyətlə bağlı dəstəkləyici və tənqidi mövqeyini verə bilər. Heydər Əliyev tərəfindən əsası qoyulmuş plüralist, azad cəmiyyət ideyaları prezident İlham Əliyev və komandası tərəfindən davam etdirilir. KİV-in də seçkilərdə lazımi funksiyaları icra edəcəyinə inanırıq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA