Deputat Etibar Hüseynov parlament seçkilərinə qatılmaqdan imtina etdi

img

02-10-2015 [13:02]


Deputat Etibar Hüseynov noyabrın 1-də keçiriləcək parlament seçkilərinə qatılmayacaq. Lent.az xəbər verir ki, bu barədə E.Hüseynov özünün sosial şəbəkədəki hesabında yazıb: "Əziz dostum və qardaşım Ülvi Quliyevin bir-sıra obyektiv səbəblərdən namizədliyini deputatı olduğum 15 saylı dairədən irəli sürməsi planlarımı deyişdi. Hər şeyi sıfırdan başlamaq isə böyük maliyyə, vaxt və enerji tələb edir. Etiraf edək ki, bugünkü kifayət qədər siyasiləşmiş cəmiyyətimizdə arxanda ciddi siyasi qüvvə və maliyyə rıçaqları olmadan bitərəf şəkildə seçkiyə qatılmaq və qalib gəlmək çox çətindir. Buna görə də seçkilərə qatılmamaq qərarını verdim. Bütün namizədlərə uğurlar arzulayıram”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA