Əli Həsənov: “Hər bir jurnalist vəsiqəsini göstərməklə seçkini izləyə bilər”

img

02-10-2015 [12:59]


"Hər bir jurnalist vəsiqəsini göstərməklə seçkini izləyə bilər. Amma bu, Azərbaycanda fəaliyyət göstərən xarici KİV-ə aid deyil”.

APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası və Mətbuat Şurasının birgə təşkil etdiyi "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-in rolu və vəzifələri” mövzusunda keçirilən seminarda Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Ə. Həsənov bildirib ki, xarici KİV Xarici İşlər Nazirliyində akkreditasiyadan keçəndən və MSK-ya məlumat verərək müvafiq sənəd alandan sonra seçkini izləmək hüququ əldə edir: "Həmin jurnalistlər və onların ətrafında anti-Azərbaycan kampaniyası aparmaq istəyən dairələr bilməlidirlər ki, Azərbaycanda bu və ya digər fəaliyyəti həyata keçirmək üçün hüquqi normaları yerinə yetirmək lazımdır. Azərbaycanda bütün xarici KİV üçün fəaliyyət yaradılıb. Ancaq xarici KİV Azərbaycanda fəaliyyət göstərmək istəyirsə, jurnalistlərini qanuna müvafiq qeydiyyatdan keçirməlidir. Mətbuatımızın da bunu nəzərə çatdırması lazımdır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA