XİN-də diplomat qiyamı - “Əgər kimsə getmək istəyirsə, qoy getsin”

img

02-10-2015 [12:17]


"Diplomatik rütbədən məhrum etmə haqqında qanun çoxdan tətbiq edilməli idi, çünki əgər əməkdaş pis işləyirsə, o, cəzalandırılmalıdır".

Mia.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan xarici işlər nazirlinin müavini Mahmud Məmmədquliyev Milli Məclisdə "Diplomatik xidmət haqqında” qanuna edilən dəyişikliklərə münasibət bildirərkən deyib.

O, qeyd edib ki, qanuna dəyişikliklər tamamilə normaldır: "Vəzifənin aşağı salınması, diplomatik rütbədən məhrum etmə cəza tədbiridir. Hər kəs öz işini yerinə yetirməlidir. Diplomatlar haqqında qanuna edilən bu dəyişikliklər ciddi tədbirlərdir, töhmət vermək və vəzifənin aşağı salınması kimi maddələr digər ölkələrin qanunlarında da var”.

Bəzi diplomatların ölkəyə qayıtmaması məsələsinə münasibət bildirən nazir müavini qeyd edib ki, öz ölkəsini sevən adam ölkəyə gəlməli və burada öz narazılığını bildirməlidir: "Əgər kimsə getmək istəyirsə, qoy getsin”. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA