"Əhalini dinc, sakit yaşamağa qoysaydılar..." - PA rəsmisi

img

02-10-2015 [11:11]


"Bir şey tam aydındır: əgər bu ölkələrin həyatına müxtəlif müdaxilələr olmasaydı, onların sabitliyi, təhlükəsizliyi bu dərəcədə pozulmasaydı, əhalini dinc, sakit yaşamağa qoysaydılar, insanlar heç vaxt öz doğma yurd-yuvalarını tərk etməzdilər”.

APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün "Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, söhbət son dövrlər Yaxın Şərq və Şimali Afrika ölkələrindən olan miqrant-qaçqınların Avropaya geniş miqyas almış köçündən gedir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA