Daha 3 rayon yeni AXCP-yə qoşuldu

img

30-09-2015 [17:45]


AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin rayonlar üzrə konfransları uğurla davam edir.

Mia.az Cebhe.info- ya istinadən xəbər verir ki, Şuşa, Xəzər və Salyan cəbhəçiləri keçirdikləri konfransda Razi Nurullayevi dəstəkləyərək, AXCP EQTK sıralarına qoşulduqlarını bəyan ediblər. Şuşa konfransında Ceyhun Həsənov sədr, Pərviz Dadaşov isə Ali Məclis üzvü seçilib.Xəzər rayonunda keçirilən konfransda da seçki baş tutub.

Zaur Əliyev bundan sonra rayon təşkilatının sədri, Elşən Qafarov isə Ali Məclis üzvü olacaq. Salyanda keçirilən səsvermədə Samir Muradov sədr seçilib. Elçibəy Məmmədov isə rayon təşkilatını Ali Məclisdə təmsil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA