Milli Məclisin deputatı AŞPA-nın məruzəçisi seçildi

img

29-09-2015 [23:13]


Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyası çərçivəsində qurumun sosial məsələlər, sağlamlıq və daimi inkişaf komitəsinin toplantısı keçirilib.

APA-nın Avropa bürosunun məlumatına görə, komitədə gənclərin radikallaşmasının qarşısının alınması mövzusu üzrə məruzəçinin təyin edilməsi məsələsi müzakirə olunub və bu məsələni işləyib hazırlamaq üçün komitədən Assambleyanın iki parlamentarı seçilib.

Onlardan biri İngiltərəli parlamentar Jeffri Donaldson, digəri isə Azərbaycanın Parlament Assambleyadakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva olub. Sevinc Fətəliyeva bu məruzənin AŞPA-nın gələn ilin iyun ayında keçiriləcək sessiyasına hazır olacağını da bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA