"Bütün gücümüzü prezidentin müdafiəsinə səfərbər etmişik" - Partiya sədri

img

29-09-2015 [14:58]


Müasir Müsavat Partiyasının İdarə Heyətinin parlament seçkilərində iştirakı məsələsi Siyasi Şuranın iclasında müzakirə olunub. 

Bu barədə Modern.az-a partiyanın sədri Hafiz Hacıyev məlumat verib. O deyib ki, parlament seçkilərində iştirak etməməklə bağlı qərarları qətidir: "Seçkilərdə iştirak məsələsi partiya daxilində həll edilir və partiyanın qərarına əsasən namizəd olmayacağam. Onu da qeyd edim ki, Siyasi Şuranın iclasında partiya üzvlərimizin hər birinin öz təşəbbüsü ilə seçkilərdə iştirakına razılıq verilib. Əgər kimsə bu addımı atacaqsa, partiya həmin şəxsi dəstəkləyəcək”.

"Fəal siyasətçi kimi tanınsanız da, son zamanlar fəaliyyətinizdə sanki gerilik hiss olunur. Bu, insanlarda haqqınızda qeyri-ciddi siyasətçi imici formalaşdırmazmı” sualına Hafiz Hacıyev belə cavab verib: "Hazırkı fəaliyyətim prezident seçkilərinə hazırlıqdan ibarətdir. Seçkilərdə iştirak etməməyim partiyanın qərarıdır və biz bu gün dövlətimizin qorunmasını hər şeydən üstün tuturuq. Mən və partiya hazırda növbəti prezident seçkilərinə hazırlaşırıq, parlament seçkilərini o qədər də önəmli hesab etmirik. Bundan sonrakı fəaliyyətim hələ ki bu istiqamətdə davam edəcək. Öz fəaliyyətimizi dövlətçiliyin qorunması, o cümlədən də dövlət başçısının müdafiəsinə yönəltmişik. Dövlətçiliyimizi müdafiə edən bir partiya olaraq daim cənab prezidentin yanındayıq”.

Partiya sədri onu da deyib ki, hazırda vaxtını seçkiyə həsr etmək istəmir: "Bu saat seçkidən də vacib, prezidentin müdafiəsidir, bütün gücümüzü prezidentin müdafiəsinə səfərbər etmişik".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA