Seçici siyahısı - MSK elan elədi

img

28-09-2015 [17:35]


Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması üçün Azərbaycanda bütün seçki məntəqələrində seçici siyahıları seçicilərin yaxşı görə biləcəyi məlumat lövhələrində yerləşdirilib.

Mərkəzi Seçki Komissiyasından Mia.az-a verilən məlumatı görə, Seçki Məcəlləsinə əsasən məntəqə seçki komissiyası seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması üçün seçici siyahılarını seçicilərə bu barədə məlumat verməklə səsvermə gününə azı 35 gün qalmış təqdim etməli və bunun üçün müvafiq şərait yaratmalıdır.

Seçici siyahıları səsvermə otağından kənarda, seçicilərin yaxşı görə biləcəyi və gediş-gəliş üçün asan olan yerlərdə məlumat lövhələrində yerləşdirilməlidir. Milli Məclisə seçkilərlə əlaqədar məntəqə seçki komissiyaları sentyabrın 27-dək seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması üçün seçici siyahılarını təqdim etməli idi. MSK tərəfindən müəyyən edilən qaydada təsdiq edildikdən sonra seçici siyahıları MSK-nın internet saytında yerləşdirilməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA