Sabiq deputat Çingiz Qənizadəyə qarşı - Daha bir dairədə gərginlik

img

23-09-2015 [23:02]


Sabiq YAP-çı deputat Əhəd Əhmədov yenidən noyabrın 1-də keçiriləcək parlament seçkilərinə qatılmaq niyyətindədir. 

Modern.az-ın məlumatına görə o, artıq 80 saylı İmişli-Beyləqan seçki dairəsindən namizədliyini irəli sürüb. 

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının İcra katibi Siyavuş Novruzov açıqlama vermişdi ki, partiya qərarına zidd olaraq özbaşına şəkildə kim namizədliyi irəli sürsə o, partiya üzvlüyündən xaric ediləcək və ciddi tədbir görüləcək. Əhəd Əhmədov isə buna məhəl qoymadan namizədliyini verməkdə və seçkilərə iştirak etməkdə israrlı görünür.

Məlumat üçün bildirək ki, 80 saylıİmişli-Beyləqanseçki dairəsindən deputat Çingiz Qənizadə də növbəti dəfə namizədliyini irəli sürüb. Deputat saytımıza açıqlamasında, artıq sənədlərini Dairə Seçki Komissiyasına təqdim etdiyini də bildirmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA