Səttar Mehbalıyevin büdcədən aslı rəqibləri – Deputat iki siyasiylə çəkişmədən necə qalib çıxarılacaq?

img

22-09-2015 [13:59]


Noyabrın 1-də keçiriləcək parlament seçkilərinə namizədlərin qeydiyyatı mərhələsi davam edir.

Mia.az xəbər verir ki, budəfəki seçkidə ciddi fəallıq olmasa da, bəzi dairələr üzrə rəqabətin olacağı qaçılmazdır. Belə dairələrdən biri də 3 saylı Babək- Kəngərli-Naxçıvan seçki dairəsinin olacağı gözlənilir.

Mia.az xəbər verir ki, bu dairədən iqtidarın dəstək verəcəyi gözlənilən əsas namizəd Həmkarlar İttifaqı Konfederasiyasının sədri, deputat Səttar Mehbalıyev olsa da, ona ciddi maneyə yaradacaq iki namizəd də var: «Bunlardan biri Fazil Mustafanın lideri olduğu Böyük Quruluş Partiyasının namizədi,  Babəkdə məktəb direktoru olan Hüseynqulu Bədəlov, digəri isə Kəngərli rayonunun Suvarma Sistemləri İdarəsinin direktoru, BAXCP-nin namizədi Nəriman Quliyev olacaq».

Səttar Mehbalıyev

Mia.az-a verilən məlumata görə, büllütenlərin hazırlanması ərəfəsində bu namizədlərin geri çəkilməsinə məcbur ediləcəyi də istisna deyil: «Naxçıvanda Səttar Mehbalıyevin yolunu açmaq üçün gərəkirsə təzyiq metodları ən üst səviyyəyə çıxacaq. Zatən, siyasi statuslarına baxmayaraq, deputatın hər iki rəqibi büdcə təşkilatında işlədiyindən, onların bu təzyiqlərə dirənməi də qeyri-mümkündür».

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA