Gələn ilin büdcə zərfi Milli Məclisdə oktyabrın 13-də müzakirəyə çıxarılacaq

img

22-09-2015 [13:47]



Azərbaycanın 2016-cı il üzrə büdcə zərfinin Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılaçağı tarix məlum olub.

Parlamentdən APA-ya verilən məlumata görə, büdcə zərfi oktyabrın 13-ü və 14-də Milli Məclisin plenar iclaslarında müzakirəyə çıxarılacaq.
Buna qədər isə büdcə zərfi parlamentin komitələrinin müzakirəsindən keçəcək.
Büdcə zərfinə "Azərbaycan Respublikasının 2016-ci il dövlət büdcəsi haqqında”, "Azərbaycan Respublikasında 2016-cü il üçün yaşayış minimumu haqqında”, "Azərbaycan Respublikasında 2016-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-ci il büdcəsi haqqında” qanunları, Azərbaycan Milli Məclisinin və Azərbaycan Hesablama Palatasının 2016-ci il üçün xərclər smetaları daxildir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA