AŞPA nümayəndələri Mübariz Pənahovla müzakirə aparıblar

img

21-09-2015 [18:18]


Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Milli Məclisə keçiriləcək seçkilərin müşahidəsi üçün yaradılmış xüsusi komitəsinin üzvləri bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.

MSK-dan Mia.az-a verilən məlumata görə, MSK sədri rəhbərlik etdiyi qurumun nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası və onun müxtəlif qurumları ilə çoxillik əlaqələrinə daim önəm verdiyini, seçkilərlə bağlı müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Nümayəndə heyətinin rəhbəri Xordi Şukla bu il Azərbaycan parlamentinə keçiriləcək seçkilərə hazırlıqla bağlı görülmüş işlərlə maraqlanıb. Nümayəndə heyətinin suallarını cavablandıran MSK sədri vətəndaşlarımızın aktiv və passiv seçki hüquqlarının daha səmərəli təmin olunması üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində həyata keçirilmiş tədbirlər, atılmış addımlar və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib. Görüşdə müxtəlif sahələrdə qurumlararası əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi də aparılıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA