21-09-2015 [12:23]
Ölkəmizdə işgüzar səfərdə olan İsrail Knessetinin (Parlamentinin) sədr müavini Oren Assaf Hazan Azinforum.az saytına eksklüziv müsahibə veriblər.
Mia.az İsrail Parlamentinin vitse-spikeri Oren Hazanla olan maraqlı söhbəti təqdim edir:
– Cənab Hazan, Sizi ölkəmizdə görməyimizə çox şadıq. Mümkündürsə, səfərinizin məqsədi barədə məlumat verərdiniz…
– Çox sağ olun. Əvvəl, onu qeyd edim ki, Azərbaycan kimi dost ölkədə olmağımızdan böyük məmnunluq hissi keçirirəm. Səfərimiz rəsmi xarakter daşımır. İşguzar məzmunludur. Biz bura Beynəlxal Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayevin və Azərbaycan-İsrail dostluq əlaqələrinin möhkəmlənməsində müstəsna xidmətləri olan, həmin təşkilatın Yaxın Şərq üzrə nümayəndəsi Aleksander Şapiro-Sulimanın dəvəti əsasında gəlmişik. Ölkənizdə olduqca məhsuldar görüşlərimiz oldu və biz bundan çox məmnunuq.
– Mümkündürsə, geçirdiyiniz görüşlər barədə ətraflı məlumat verərdiniz…
– Biz, İsrailin Azərbaycandakı səfirliyində olduq. Əyalət sayılan bəzi rayonlarda rəhbərliklə görüşlər keçirdik. Xüsusilə də, Salyan və Lənkəran rayonlarında keçirdiyimiz görüşlərimizdən gələcək əməkdaşlığımız üçün münbit zəminin olduğu qərarına gəldik. Biz, İsrailin bəzi praktikasını pilot olaraq Azərbaycanın bölgələrində tətbiq etmək istəyirik. Azərbaycanda kənd təsərrüfatının daha da inkişaf etməsi üçün gözəl iqlim və şərait var. Bu baxımdan da biz, kollektiv kənd təsərrüfatı növu olan "kibuç”ların Azərbaycanda sınaqdan keçirilməsini istəyirik.
– "Kibuç” nə deməkdir?
Keçmiş SSRİ-də fəaliyyət göstərən kollektiv təsərrüfat növü sayılan kolxoz və sovxozlara bənzəyən bir modeldi. Tam onun kopyası da deyil, ancaq ailə üzvləri və evdən başqa hər şey ümumidir. Salyan royonunun icra başçısı Tahir Kərimovla bu istiqamətdə məhsuldar görüşümüz keçdi və sonda sözügedən praktikanın həmin rayon ərazisində sınaqdan keçirilməsinə dair razılıq əldə etdik. İsrailin bu sahədə olan təcrübəsi və əldə etdiyi nailiyyətlər bizə layihənin cəzbedici olacağına tam əminlik verir. Biz, eyni zamanda, aqro-lizinq sahəsində də Azərbaycanla geniş əməkdaşlıq etməyə hazırıq.
– Başqa yüksək postlu rəsmilərlə təmaslarınız oldumu?
– Bəli, bizim həmçinin Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüşümüz oldu. Cənab Səlim Müslümovun iki müavini ilə fikir mübadiləsi apardıq. Biz, əlilərin reabilitasiyası, müalicəsi və onların cəmiyyətə inteqrasiyası sahəsində rəsmillərə təkliflərimizi verdik. Azərbaycanda əlil olanlarına sayı heç də az deyil. Hesab edirik ki, ölkəmizin əldə etdiyi təcrübəni sizinlə bölüşməyimizin hər iki ölkə üçün qarşılıqlı faydası olar. Əlillər üçün xüsusi nəqliyyat vasitələrinin, ictimai nəqliyyatda onların maneəsiz hərəkəti və ən başlıcası isə, onların işlə təmin olunmasına dair irəli sürdüyümüz təkliflər rəsmiləriniz tərəfindən böyük rəğbətlə qarşılandı. Bir faktı da qeyd edim ki, dünyada ilk olaraq İsrail Parlamentində bütün dövlət və özəl müəssisələrə əlilərin məcburi qaydada işlə təmin olunması ilə bağlı qanun layıhəsi qəbul edilib. Biz bu sağlam praktikanın digər ölkələr tərəfindən də mənimsənilməsinin istəyirik.
– Ölkəmizdə yəhudilərə olan münasibət Sizi qane edirmi?
– Mən deyərdim ki, Azərbaycan bu sahədə dünyaya örnək sayıla biləcək bir ölkədir. Bura elə bir dövlətdir ki, yəhudi milli mənsubiyyətini çəkinmədən ifadə edə, istədiyi kimi ibadətini yerinə yetirə bilər. Biz Bakıdakı 3 fərqli sineqoqda olduq. İbadət üçün gözəl şərait yaradılıb. Sizin əhalinin də böyük əksəriyyəti müsəlmandı. Burada bizim milli və dini kimliyimizə bəslənən yüksək ehtiram bir sıra vacib mətləbləri üzə çıxardı. Məlum olur ki, İslam dininin yəhudilərlə heç bir problemi yoxdur. Təəssüflər olsun ki, bəzi dairələr bizimlə mübarizədə İslam faktorundan istifadə edir. Bu, həqiqəti əks etdirmir. İslam dini heç bir millətə qarşı nifrət aşılamır. Digər maraqlı bir məqama toxunum. Biz, ölkənizdə əhalinin böyük ehtiramını saxladığı "Mirmöhsüm Ağa” ziyarətgahında olduq. Möhtəşəm bir ziyarətgahdı. Həmin məscidin imamı bizi şəxsən qarşıladı. Məsciddə Allaha dua etdik. Mən, müsəlman olan BDM sədri İsmayıl Ağayevin də sineqoqda ibadət etdiyinə şahid oldum. Bu, yüksək tolerantlığın bərqərar olmasında mən, Azərbaycan hakimiyyətinə və əhalisinə dərin minnətdarlığımı bildirirəm.
– Azərbaycanla İsrail arasında normal münasibətlər mövcuddur. Çox vaxt isə, bu münasibətləri strateji tərəfdaş səviyyəsində dəyərləndirirlər. Hazırkı vəziyyət Sizi qane edirmi?
– Bizim münasibətlərimiz bütün istiqamətlər üzrə qənaətbəxşdir. Əminəm ki, bundan sonra da inkişaf edəcək. Düzdür, Azərbaycanın İsraildə hələ də səfirlik açmamasına da müəyyən don geyindirmək istəyirlər. Bunun əsl səbəbi bizə bəllidir və biz bu məsələdə Azərbaycan tərəfini anlayışla qarşılayırıq. Söylənilən detal diplomatik münasibətlərin normal məcrada inkişafına zərrə qədər də olsun maneə yaratmır. Bilirsiniz ki, İsraillə Azərbaycan arasında normal ticarət dövriyyəsi var. Hər iki ölkə rəsmilərinin qarşılıqlı səfərləri reallaşır. İsrailin Bakıdakı səfirliyi isə yüksək səviyyədə fəaliyyət göstərir.
– Bilirsiniz ki, Azərbaycanın 20 faiz ərazisi Ermənistan tərəfindən işğala məruz qalıb.Təəssüflər olsun ki, dünya birliyi bu fakta biganə yanaşır. İsrail dövəltinin bu məsələyə münasibəti necədir?
– Bir çox məsələlərdə İsraillə Azərbaycanın marqlarının üst-üstə düşməsi sizin üzləşdiyiniz problemi dünya ictimaiyyətinə çatdırmaq üçün bizə gözəl şərait yaradır. Bizim ən yüksək səviyyədə olan rəsmilərimiz də dəfələrlə bəyan ediblər ki, İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Sizin vəziyyətiniz İsrail üçün yad deyil. Çünki uzun illərdir ki, biz də Fələstinlə bənzər problemi yaşayırıq. Azərbaycanın bütün dünya tərəfindən qəbul edilən sərhədlərini bərpa etməyə tam haqqı çatır. Biz bu istiqamətdə Azərbaycana əlimizdən gələn köməyi etməyə hazırıq”.
– Azərbaycandan İsrailə çoxlu sayda yəhudi ailəsi köçüb. Onlar potensial olaraq Azərbaycan diasporunun nümayəndəsi sayılır. İki ölkənin diasporları arasındakı münasibətlərin real durumu sizi qane edirmi?
– Mən bu istiqamətdə böyük işlərin görüldüyünə şahid oluram. Xüsusilə də xoşməramlı səfir Şapiro-Sulimanın bu istiqmətdəki fəaliyyətini yüksək dəyərlədirirəm. QHT olan BDM –də bu xüsusda gözəl işlər görür. Mən söz verirəm ki, ölkəmə gedən kimi Knessetdə Azərbaycan diasporu ilə sıx əməkdaşlıq üçün xüsusi tədbirlərin görülməsinə dair məsələ qaldıracam. Eyni zamanda, Xocalı faciəsinin törədildiyi gün-26 fevralda həmin faciə qurbanlarının anılması üçün 1 dəqiqəlik süküt elan ediləcək. Sonra isə, Parlamentdə xüsusui dinləmənin keçirilməsinə dair təşəbbüs qaldıracam.
– Bilirsiniz ki, Azərbaycan Türkiyə ilə qardaş ölkədir və sizinlə də əməkdaşlıq edir. Ancaq təəssüflər olsun ki, son zamanlar Türkiyə ilə İsrail arasındakı diplomatik münasibətlərdə bir qədər sərinlik hiss edilir. Bununla bağlı Azərbaycan nəsə edə bilərmi?
– Bizim Türkiyə ilə münasibətlərimizə aydınlıq gətirmək üçün tarixə fikir vermk lazımdır. Bu iki ölkə regionda müttəfiq olub. Dövlətlərimiz arasında dərin köklərə bağlı olan dostluq münasibətləri var. Sərinliyin olması bizim də ürəyimizcə deyil. Amma mən bu məsələyə Azərbaycanın qarışmasını istəməzdim. Cünki son vaxtlar Türkiyə ilə İsrail münasbətlərində normallaşma nəzərə çarpır. Bizim şirkətlərin Türkiyənin turizm sektorunda xüsusi yeri və fəaliyyəti olub. Həmin şirkətlərin Türkiyəyə dönüşünü hiss edirik. Başqa sahələrdə də yaxınlaşmalar var. Mən bunun detallarına varmaq istəmirəm.
– Aparıcı Avropa ölkələrinin İranla münasibətlərinin normallaşması İsraili narahat edirmi?
– Təbii ki, edir. Biz həmin razılaşmanın ləğv edilməsini istəyirik və bunu ən ali səviyyədə bəyan etmişik. Çünki belə münasibət İranın nüvə silahının əldə etməsi ilə nəticələnə bilər ki, bu da tək İsrail üçün deyil, bütün bəşəriyyət üçün təhlükədir. Biz İranla qonşuluqda Azərbaycan kimi bir müsəlman ölkəsinin olmasından da məmnunuq. Təbii ki, Azərbaycandan İrana qarşı bizim xeyrimizə olan münasibət ortaya qoymasını da tələb etmirik, ancaq bu çoğrafiyada anlayışlı bir ölkənin olması bizi sevindirir.
– Hazırda İsrailin ətrafında Yaxın Şərqdə qaynar proseslər cərəyan edir. Sizi qane edən və etməyən nədir?
– Çox aktual və bizi düşündürən sualdır. Bu gün Suriyada, Yəməndə, İraqda dərin proseslər yaşanır. Təbiidir ki, ətrafımızdakı mənzərə bizi narahat etməyə bilməz. Düzdür, İsrail Ordusu və bizim təhlükəsizlik qüvvələrimiz istənilən növ təpkini cavablandırmağa qadirdi. Ancaq İslam adı ilə müxtəlif terror cərəyanlarının hətta dövət qurmaq kimi böyük iddialara düşməsi bizi narahat edir. Bu baxımdan da, İsrailin bölgə ilə bağlı özünəməxsus siyasəti var.
– Dövlət qurmaq dediniz. Şimali İraqda Kürdüstan dövlətiini qurulmasına dair İsrailin mövqeyi necədir?
– Səddam Hüseyndən sonra, İraq ayaq üstə dayana bilmir. Biz həmin ölkənin ərazisində sülh və əmin-amanlığın olmasını istəyirik. Hansısa adda yeni dövlətlərin qurulmasının əlehinəyik. Hesab edirik ki, bu pis president yarada bilər.
– Yəqin məlumatınız var ki, bu yaxınlrda Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul etdi. Sizcə, verilən qərar doğru olub?
– Həmin qətnaməni kəskin şəkildə pisləyirəm. Azərbaycana yaranan qısqançlıqdan irəli gələn böhtan sayıram. Sənəddə bəzi rəsmilərə sanksiyaların tətbiqindən də söz açılır. Yaxşı olar ki, qətnaməyə səs verən deputatlar gəlib Azərbaycanı öz gözləri ilə görərdilər . Əminəm ki, onda qəbul etdikləri qərardan peşmançılıq ifadə edərlər. Sankisiyalara gəldikdə isə, deyə bilərəm ki, Azərbaycan Avropa olmadan da yaxşı yaşamağa qadir olan dövlətdir. Avropa daha çox normal əməkdaşlıq haqda düşünməlidir.
– Dünya bazarında neftin qiyməti kəskin sürətdə aşağı düşür. Bizim də iqtisadiyyatımızın əsasını neftdən gələn gəlirlər təşkil edir. Bu vəziyyət Azərbaycanın iqtisadiyyatına hansı formada təsir edə bilər?
– Cənab İlham Əliyev təxminən belə bir ifadə işlədib: "Neft və qazı unudun!” Tamamilə doğru yanaşmadır. Azərbaycanın inkişaf etməsi üçün başqa potensialları da var. Xüsusilə də turizm və kənd təsərrüfatı ilə böyük uğurlara imza ata bilərsiniz. Biz də bir dövlət olaraq, bu sahələrə əsaslı yatırımlar etməyə hazırıq.
– Bizə ayırdığınız vaxta görə, Sizə təşəkkür edirik…
– Mən də öz növbəmdə maraqlı söhbət üçün sizə dərin minnətdarlığımı bildirirəm.
MƏHƏMMƏDƏLİ QƏRİBLİ
"Gözləmədiyimiz oyun oldu"- "Beşiktaş"ın Baş məşqçisi "20 milyon avrodan ucuz futbolçu tapa bilmirik" deyir
ABŞ Suriyadakı İŞİD-çiləri ölkədən çıxarır? - FOTOLAR
"XƏYAL QURMAYAQ, ABŞ-ın NÜVƏ ÇƏTİRİNİ DƏ İTİRƏRİK" - NATO Baş katibi Avropa liderlərinə açıq tribunadan elə mesaj verdi ki...
Söyüşə görə TV-dən qovulan tanınmış jurnalistin yeni iş yeri bəlli oldu: "Həyəcanlıyam"
Qvardiola "Qalatasaray"la oyunla balı azarkeşlərə səsləndi: "Dəstəyinizə ehtiyacımız var"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Daha bir "TikToker" həbs edildi
Space TV-də gərginlik - "Götürmür, cəhənnəmə götürsün" (VİDEO)
Bakıda qadın iki uşağını gözəllik salonunda qoyaraq gedib
Nigeriya prezidenti Ankaraya gəlir
“Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
İnternetdə fahişəliklə məşğul olmağa açıq çağırış... - Onları 500 manat cərimə gözləyir
AGENTLİKDƏ YEYİNTİYLƏ BAĞLI KOMPROMAT: Zaur Mikayılovun məmur qardaşı ilə bağlı əmrinin görünməyən tərəfləri...
Narkotik testi pozitiv çıxdı, "Təşkilat"dan uzaqlaşdırıldı
Sosial şəbəkələrdə qanunu pozan paylaşımlar... - Prezident cəza hallarını təsdiqlədi
Elektron siqaretlərlə bağlı qadağa təsdiqlənib
Kənd təsərrüfatı nazirinin müavinlərinin sayı artırılıb
Rəsmi Tehran müharibəyə hazırlaşır: "Ölkəmizə istənilən hücuma o qədər sərt cavab verəcək ki..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rusiya Suriyadan çıxır, yoxsa...? - FOTOLAR
İsa Həbibbəyli istefa ərizəsi yazıb? - AMEA-dan xəbərə reaksiya
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək - Dəyişiklik
Dövlət teatrlarında gözlənilməz ixtisar - Bu vəzifələr ləğv edildi
Prezident İlham Əliyev fərman imzaladı
BU SAHƏDƏ CƏRİMƏLƏR ARTDI: kənd əhalisinə xəbərdarlıq - Prezident dəyişikliyi təsdiqlədi
Prezident dövlət qulluğu ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib
Prezident Vergi Məcəlləsinə dəyişikliyi təsdiqlədi - DETALLAR
Kamran Əliyev Manamada işgüzar səfərdə olub
Vilayət Eyvazov Qəbələdə vətəndaşları qəbul edəcək
Tağı İbrahimov yenidn hakim qarşısına çıxarıldı
Gəncədə 17 yaşlı oğlan qəfil ölüb
Bakıda kuryoz hadisə: Oğurladıqlarını bölə bilmədilər və...
"Şalke" Dzeko və Kənanın qolları ilə qalib gəldi
İKİ ÖLKƏ İRANA HÜCUMA YAŞIL İŞIQ YANDIRDI - Nə gözlənilir? (TƏHLİL)
Amnistiya aktı: 12 mindən çox şəxsə tətbiq olunub
HAKAN FİDAN AVROPYA ELƏ MEYDAN OXUDU Kİ... - "Gün gələcək özünüz bizə yalvaracaqsınız, o zaman..."
Yeni sədr köməkçisi ilə də yollarını ayırıb
İsrail XİN başçısı Bakıda: "Prezident İlham Əliyevin müdrik siyasəti olmasaydı..." - "İran heç bir şərtlə nüvə silahına sahib olmamalıdır" (YENİLƏNİB)
İcra Hakimiyyətində dəyişiklik: kimlər getdi, kimlər qaldı?
"Bursaspor"un Baş məşqçisi yenə dəyişib
Azərbaycan və İsrail XİN başçıları görüşüb - FOTO (Yenilənib)