YAP-dan KXCP-nin dəvətinə cavab: "Məzuniyyətdəyik..."

img

30-07-2015 [15:36]


Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) avqustun 1-də keçirəcəyi III qurultayına Yeni Azərbaycan Partiyasının (YAP) rəsmilərini dəvət edib. Hafta.az-a məsələ ilə bağlı danışan partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bunları bildirib:

"Məzuniyyətdə olduğum üçün bu barədə hələ xəbər tutmamışam. Ancaq onu deyim ki, indiyə qədər Yeni Azərbaycan Partiyası heç bir dəvət olunan yerdən geri qalmayıb. Biz istənilən partiyanın dəvətinə əsasən öz nümayəndəmizi onların təşkil etdikləri tədbirə göndərmişik. Sadəcə olaraq, kimi göndərməyimiz söz mövzusu olub”.

Məsələ ilə bağlı Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov isə bildirib ki, o da məzuniyyətdə olduğu üçün hadisələrdən xəbərsizdir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA