30-07-2015 [11:17]
ABŞ-da respublikaçıların prezidentliyə hazırda ən reytinqli iddiaçısı olan tikinti maqnatı, milyarder Donald Tramp azərbaycanlı oliqarx Anar Məmmədova görə kəskin tənqidə məruz qalıb.
Mia.az Virtualaz.org saytına istinadən xəbər verir ki, "Mother Jones” jurnalı bugünkü buraxılışında "Donald Tramp mübahisəli azərbaycanlı oliqarxla ortaq biznes qurub” başlıqlı araşdırma dərc edib.
"Mother Jones” həftənin 7 günü, sutkanın 24 saatı operativ xəbərlər yayan qeyri-kommersiya online jurnalıdır. Ayda iki dəfə çap versiyası çıxır və 8 milyon tirajla satılır.
Jurnal yazır ki, Donald Tramp "öz vəzifəsindən ailəsinin varlanması üçün istifadə etməkdə” ittiham olunan Azərbaycan hökumət məmurunun oğlu ilə əməkdaşlıq edir.
Donald Trampın adını daşıyan dəbdəbəli otellər dünyanın bir çox şəhərlərində var. Ancaq onlardan biri diqqəti xüsusi cəlb edir.
"Bu da neftlə zəngin Azərbaycanın paytaxtında ucalan "Tramp Hotel”dir. Trampın biznes-müttəfiqi 34 yaşlı pleyboy-milyarderdir, onun atası Azərbaycanın nəqliyyat naziridir. KİV-lərin yazdığına görə, Məmmədovların sərvəti atasının siyasi əlaqələrinin nəticəsidir”- deyə jurnal yazır.
"Mother Jones” qeyd edir ki, neft milyardları sayəsində Bakı son onillikdə tanınmaz dərəcədə dəyişib. Bir-birinin ardınca ucalan göydələnlərdən biri də yelkən formasında tikilən 33 mərtəbəli "TrampTowers” otelidir. Otelin əvvəlcə ötən ay açılması planlaşdırılmışdı, lakin otelin mətbuat katibi deyib ki, açılış bu ilin sonunda olacaq.
2014-cü ildə D.Tramp bəyan edib ki, "Trump İnternational Hotel & Tower Baku” "Trump Organization”un standartlarını daşıyan ən yaxşı qlobal inkişaf layihələrindən biridir. D.Trampın adını daşıyan binaların çoxu kimi Bakıdakı otel də ona məxsus deyil. Bina Məmmədovun nəzarət etdiyi "Garant Holding” tərəfindən tikilib və onun şirkətinə məxsusdur.
Lakin Tramp adının bu oteldə istifadə edilməsinə və layihə ilə bağlı təcrübəsinə görə sərfəli komissiyon qazanıb. ABŞ prezidentliyinə iddiaçı kimi bu yaxınlarda açıqladığı maliyyə hesabatına əsasən Donald Tramp ən azından ötən il Bakıdakı otellə bağlı işlərə görə 2,5 milyon dollar alıb. Otel Trampın dəbdəbəli otellər zəncirinin bir hissəsi kimi idarə olunacaq.

Maliyyə sənədlərindən məlum olur ki, Anar Məmmədovun otelini idarə etmək üçün "THC Baku Hotel Manager Services LLC”, "THC Baku Hotel Manager Services Member Corp.” , "THC Baku Services LLC” və "THC Baku Services Member Corp.” adlı şirkətlər təsis edilib. Həmin şirkətlərin ikisində Donald Tramp 100 faiz, ikisində isə 99 faiz paya malikdir.
"Mother Jones” qeyd edir ki, Donald Trampın mətbuat katibi onun Anar Məmmədovla işgüzar münasibətlərinə dair suallara cavab verməkdən imtina edib.
"Anar Məmmədov isə dəyəri 1 milyard dollardan çox olan "Garant Holding”in idarə heyətinin sədridir. Onun atası Ziya Məmmədov Azərbaycan hökumətinin ən güclü və nüfuzlu məmurlarından biri hesab olunur”- deyə jurnal yazır.
Məqalədə Məmmədovun ABŞ-dakı lobbiçilik fəaliyyəti də xatırladılır.
"Tramp kimi Məmmədov da koloritli fiqurdur. Təhsilini Londonda alıb, ölkəsinin qolf federasiyasının rəhbəridir və öz veb-saytında iddia edir ki, "liderlik, qərarların qəbulu, strategiyalar, beynəlxalq işlər, siyasət, rabitə, insan haqları, ətraf mühitin mühafizəsi, vəsaitlərin cəlb edilməsi, ictimaiyyətlə əlaqələr, sponsorluq münasibətləri və publika qarşısında çıxışlar” sahəsində geniş təcrübəyə malikdir”- deyə məqalədə bildirilir.
Amerika jurnalı Məmmədovun adının Azərbaycanın müxalifət qəzetlərində tez-tez qalmaqallarda çəkildiyini də yada alır. Bura onun 1 milyon dollara ayı kəsdirib ətini kabab bişirməsi barədə məşhur iddia da daxildir. Məmmədov bu hekayələri dəfələrlə təkzib edib və ondan yazan qəzetləri məhkəməyə verib.
"Mother Jones” A.Məmmədov haqda sualları onun lobbi təşkilatına - Azərbaycan Amerika Alyansına göndərib, lakin suallara cavab verilməyib.

Bakıda polis əməliyyatı: saxlanılanlar var
Sahibə Qafarova Saqr Qobaşla görüşüb - Müzakirə
İran hökumətinin sözçüsü: "Müharibəyə tam hazırıq"
Nəsimi rayonunda 36 kq narkotik aşkarlanıb
Kəmaləddin Heydərov Xalq artistinin qızını vəzifədən çıxardı - Təranə Qumral istəyinə çatdı
XARİCİ DİLİ ÜZRƏ İMTAHAN MODELİ DƏYİŞİR - DİM-də müzakirə aparılıb
Milli Məclisə “Uşaq hüquqları haqqında” qanun layihəsi daxil olub
İSRAİL və İRAN YENİDƏN "AYAQLANIB": XİN rəsmiləri 3 gün ara ilə Bakıya niyə gəldi? - TƏHLİL
Qaraçuxurda qohumunun evindən 51 min manat oğurlayan qadın tutulub
Elçin Məsiyev UEFA Avropa Liqasına təyinat alıb
Qaz limiti barədə qərarın dəyişəcəyi gözlənilir - Deputat danışdı
AZAL Gürcüstana səfər edənlərə xəbərdarlıq edib
Məhkəmə Əli Kərimliyə "yox" dedi - AXCP sədri azadlığa buraxılmadı
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb - XƏBƏRDARLIQ
Məhkəmə sədrinin bıçaqlanan gəlini barədə - Açıqlama
Ceyhun Bayramov Çinə gedib
Arpaçay su anbarı donub - FOTO
Albaniya Baş naziri İsrail parlamentində İranı "yıxıb-sürüdü", Türkiyəni isə... - "Xomeyni Respublikası ilə bu incə əlaqələri də kəsdik"
Sabah hava necə olacaq? - Proqnoz
Prezident İlham Əliyev Sumqayıtda - FOTOLAR (Yenilənib)
Qərb Ərdoğandan yox, yeni Türkiyədən qorxur - TƏHLİL
İranda aksiyalar davam edir - Ölənlərin say 6 mini keçib
Nazir, komitə sədri... - Onların qəbul günləri + CƏDVƏL
MƏHKƏMƏ SƏDRİNİN OĞLU CANINA QIYDI - Əvvəl arvadını bıçaqlayıb, sonra isə... (YENİLƏNİB)
372 sayda saxta sayt, link və keçidlər bloklanıb - Azərbaycanda
Çempionlar Liqası: "Mançester Siti" - "Qalatasaray" matçı TRT1-də canlı yayımlanacaq
Valyuta ehtiyatlarımız 85 milyard dolları ötüb
Azərbaycan nefti cizi ucuzlaşdı
"TikTok" Trampı qoruyur - Onunla bağlı neqativ xəbər bloklanır
AzTV-də dəyişiklik - Nəcəf Həsənov direktor təyin olundu , Vəli Əkbər vəzifədən getdi
Vergi borcu olan “Qardaşlar Mebel” tenderdə qalib elan olunub- Sənəd
Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç olub
DTX Bakıda səfirliyə hücumun qarşısını alıb, həbslər var - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ (VİDEO)
Bu gündən məktəblərdə qış tətili başlayıb
Xırdalanda anbar yanıb
"Gözləmədiyimiz oyun oldu"- "Beşiktaş"ın Baş məşqçisi "20 milyon avrodan ucuz futbolçu tapa bilmirik" deyir
ABŞ Suriyadakı İŞİD-çiləri ölkədən çıxarır? - FOTOLAR
"XƏYAL QURMAYAQ, ABŞ-ın NÜVƏ ÇƏTİRİNİ DƏ İTİRƏRİK" - NATO Baş katibi Avropa liderlərinə açıq tribunadan elə mesaj verdi ki...