XİN xəbərdarlıq etdi: "...siyasi, hüquqi və mənəvi məsuliyyəti dərk etməlidirlər"

img

28-07-2015 [12:29]



Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın "Noçnıe Volki" (Gecə canavarları) adlı bayker qrupunun Ermənistana və qondarma "Dağlıq Qarabağ Respublikası"na motoyürüş planlaşdırması barədə xəbərlərə münasibət bildirib.

 Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi vasitəsilə bu qrupun Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfəri məsələsi araşdırılır və bu barədə əlavə məlumat veriləcək.

"Fürsətdən istifadə edərək xatırlatmaq istərdik ki, işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz səfər Azərbaycanın "Dövlət sərhədi haqqında" qanunu və Miqrasiya Məcəlləsinin pozulmasıdır. Bu kimi əməllər eləcə də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyinə, Ermənistanın işğalı nəticəsində qanlı etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərə qarşı hörmətsizlikdir.

Ermənistan və erməni lobbisinin təhriki və təsiri altında işğal olunmuş ərazilərə qanunsuz səfər edərək Azərbaycan xalqına qarşı törədilmiş işğal və qanlı etnik təmizləmənin təşviqinə xidmət edən bu kimi şəxslər daşıdıqları siyasi, hüquqi və mənəvi məsuliyyəti dərk etməlidirlər", - açıqlamada bildirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA