27-07-2015 [17:50]
Mia.az xəbər verir ki, Ş.Xuduoğlu müraciətin mətnini facebook hesabında da yerləşdirib:
"Hörmətli cənab Prezident,Son müşavirədə Vergilər Nazirliyinin fəaliyyətini tənqid edən çıxışınızdan ruhlanaraq Sizə müraciət edirəm.
1 noyabr 2013-cü ildə 20 nəfərdən ibarət vergi əməkdaşı icazəsiz nəşriyyata daxil olub müəssisəmizin bütün sənədlərini özləri ilə aparıblar. Bir müddət sonra yoxlama aktı tərtib olundu və "Qanun” nəşriyyatı 150 min cərimələndi.
Nazirliyin Vergi cinayətlərinin istintaqı Baş İdarəsində cinayət işi başlandı, nəşriyyatımızın bütün işçiləri dindirilməyə çağırıldı, saatlarca istintaq edildi. Ürəyi nasaz bir yaşlı çapçımız dindirilmədən bir müddət sonra öldü. Tərcüməçilərimiz, kitabları nəşr olunan əksər yazarlar istintaqa cəlb olundu, istintaqın əsas sorğusu bu idi: siz niyə bu kitabı tərcümə etdiniz?
Həmin vaxtdan hesablarımız bağlıdır. Çoxlu sayda şikayətlərimiz olub, məhkəmələrə müraciətlər etmişik, amma heç bir instansiyada müsbət cavab almamışıq, aldığımız şifahi cavab da belə olub: "bizlik deyil!”
Cənab Prezident,
Vergi cəriməsinə qədər biz hər gün iki adda kitab nəşr edirdik. 70 tərcüməçi və redaktor ilə əməkdaşlıq edirdik. 50-dən çox işçimiz var idi. İndi isə həftəyə 1 kitab nəşr edə bilmirik. Tərcüməçilərin bir hissəsi – qorxudan, digər hissəsi isə maliyyə probleminə görə bizimlə əməkdaşlığı dayandırdı; işçilərimizin yarıdan çoxu işdən çıxdı; əməkhaqlarını verə bilmirik...
Əməkdaşlıq etdiyimiz 150 xarici yazarın qonorarını ödəyə bilmirik. Onların arasında Nobel mükafatçıları da var. Patrik Modiano, Le Klezio, Orhan Pamuk, Herta Miller, Nəcib Mahfuz, Jon Maksvel Kutze, Haruki Murakami, Den Braun, Paulo Koelyo, Aqata Kristi, Stiven Kinq, C.K.Rolinq və s. Hər 3 aydan bir adların çəkdiyim yazarların agentlərindən ödəmə kağızı alıram, qonorar ödəməyimi tələb edirlər, hesablarım bağlı olduğundan bunu edə bilmirəm, eyni zamanda düşdüyüm vəziyyəti onlara da izah edə bilmirəm.
Cənab Prezident!
Azərbaycan cəmiyyətində kitaba münasibəti Siz hər kəsdən yaxşı bilirsiniz. Bakının özündə bir vaxtlar 200 kitab dükanı var idi, AZƏRKİTAB, KƏNDKİTAB kimi Azərbaycanın hər yerinə kitab yayan böyük qurumlar fəaliyyət göstərirdi. Onlar məhv oldu, kitab dükanlarının yerini gündəlik tələbat malları tutdu. Ölkəmizdə 500 min nəfərə bir kitab dükanı düşür, Fransada isə hər 2 min nəfərə, – bunu müqayisə üçün deyirəm. Oxu səviyyəsinə görə isə, İngiltərədə ildə hər adam 4 kitab oxuyur, bizdə isə 3000 nəfər bir kitab. Əksər ölkələrdə kitaba qoyulan vergi 7%, bizdə isə 18% təşkil edir. Regionlarımızda isə ümumiyyətlə, kitab dükanı yoxdur. Kitab olmayan yerdə isə tərəqqi və inkişaf olmaz. Kitabın cəmiyyətimizdə olan böhranlı durumunda Vergilər Nazirliyinin bir nəşriyyatı məhv etməsi ümid işığını tam söndürmək deməkdir, Azərbaycan mədəniyyətinə sağalmaz zərbədir.
Biz 1992-ci ildən nəşriyyat kimi fəaliyyət göstəririk. Bütün beynəlxalq kitab yarmarkalarında nəşriyyat kimi iştirak edir, Azərbaycanı təmsil edirik. Bakıda, parklarda endirimli yarmarkalar təşkil edirik ki, insanlar kitabı unutmasınlar.
Başqa ölkələrdə bu işləri görən nəşriyyatlara dövlət yardım edir, güzəştli kreditlər verir, subsidiyalar ayırır. Bizdə isə 23 il tarixi olan, 7000- dən çox adda kitab nəşr edən bir nəşriyyatı Vergilər Nazirliyi ölüm həddinə gətirib.
Cənab Prezident, son müşavirədəki çıxışınızda dediniz ki, sizə gələn məktubları şəxsən oxuyursunuz. Çox böyük ümid edirəm, bu məktubu oxuyacaq, verginin ölümə məhkum etdiyi bir nəşriyyatı xilas edəcəksiniz”.
Bakıda polis əməliyyatı: saxlanılanlar var
Sahibə Qafarova Saqr Qobaşla görüşüb - Müzakirə
İran hökumətinin sözçüsü: "Müharibəyə tam hazırıq"
Nəsimi rayonunda 36 kq narkotik aşkarlanıb
Kəmaləddin Heydərov Xalq artistinin qızını vəzifədən çıxardı - Təranə Qumral istəyinə çatdı
XARİCİ DİLİ ÜZRƏ İMTAHAN MODELİ DƏYİŞİR - DİM-də müzakirə aparılıb
Milli Məclisə “Uşaq hüquqları haqqında” qanun layihəsi daxil olub
İSRAİL və İRAN YENİDƏN "AYAQLANIB": XİN rəsmiləri 3 gün ara ilə Bakıya niyə gəldi? - TƏHLİL
Qaraçuxurda qohumunun evindən 51 min manat oğurlayan qadın tutulub
Elçin Məsiyev UEFA Avropa Liqasına təyinat alıb
Qaz limiti barədə qərarın dəyişəcəyi gözlənilir - Deputat danışdı
AZAL Gürcüstana səfər edənlərə xəbərdarlıq edib
Məhkəmə Əli Kərimliyə "yox" dedi - AXCP sədri azadlığa buraxılmadı
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb - XƏBƏRDARLIQ
Məhkəmə sədrinin bıçaqlanan gəlini barədə - Açıqlama
Ceyhun Bayramov Çinə gedib
Arpaçay su anbarı donub - FOTO
Albaniya Baş naziri İsrail parlamentində İranı "yıxıb-sürüdü", Türkiyəni isə... - "Xomeyni Respublikası ilə bu incə əlaqələri də kəsdik"
Sabah hava necə olacaq? - Proqnoz
Prezident İlham Əliyev Sumqayıtda - FOTOLAR (Yenilənib)
Qərb Ərdoğandan yox, yeni Türkiyədən qorxur - TƏHLİL
İranda aksiyalar davam edir - Ölənlərin say 6 mini keçib
Nazir, komitə sədri... - Onların qəbul günləri + CƏDVƏL
MƏHKƏMƏ SƏDRİNİN OĞLU CANINA QIYDI - Əvvəl arvadını bıçaqlayıb, sonra isə... (YENİLƏNİB)
372 sayda saxta sayt, link və keçidlər bloklanıb - Azərbaycanda
Çempionlar Liqası: "Mançester Siti" - "Qalatasaray" matçı TRT1-də canlı yayımlanacaq
Valyuta ehtiyatlarımız 85 milyard dolları ötüb
Azərbaycan nefti cizi ucuzlaşdı
"TikTok" Trampı qoruyur - Onunla bağlı neqativ xəbər bloklanır
AzTV-də dəyişiklik - Nəcəf Həsənov direktor təyin olundu , Vəli Əkbər vəzifədən getdi
Vergi borcu olan “Qardaşlar Mebel” tenderdə qalib elan olunub- Sənəd
Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç olub
DTX Bakıda səfirliyə hücumun qarşısını alıb, həbslər var - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ (VİDEO)
Bu gündən məktəblərdə qış tətili başlayıb
Xırdalanda anbar yanıb
"Gözləmədiyimiz oyun oldu"- "Beşiktaş"ın Baş məşqçisi "20 milyon avrodan ucuz futbolçu tapa bilmirik" deyir
ABŞ Suriyadakı İŞİD-çiləri ölkədən çıxarır? - FOTOLAR
"XƏYAL QURMAYAQ, ABŞ-ın NÜVƏ ÇƏTİRİNİ DƏ İTİRƏRİK" - NATO Baş katibi Avropa liderlərinə açıq tribunadan elə mesaj verdi ki...