“Urolikin bəyanatı Ermənistanın milli maraqlarına xidmət edir”

img

23-07-2015 [16:24]


 ATƏT-in Minsk Qrupunun amerikalı həmsdəri Ceyms Urolikin "Vedmosti” qəzetinə verdiyi müsahibədə "İşğal edilmiş ərazilər kompleks tənzimləmə çərçivəsində Azərbaycanın nəzarəti altına qaytarılmalıdır. 

Burada əsas olan bir elmentin və ya bir tənzimləmə prinsipinin üzərində durmamaqdır. Ərazilər qaytarılmalıdır, amma başqa amillər də mövcuddur. Ona görə də biz hər zaman kompleks tənzimləmədən danışırıq – siz yalnız bir aspekti götürərək məhz onun tənzimləmə əsası olduğunu iddia edə bilməzsiniz. Biz sülh yolu ilə həll etməni hərtərəfli nəzərdən keçirməliyik” fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən qərəzli, ermənipərəst mövqe kimi xarakterizə edilib. 

Bununla bağlı partiyanın mətbuat xidmətinə acıqlama verən BAXCP-nin ictimai-siyasi məsələlər üzrə katibi Niyaməddin Orduxanlı bilidirib ki, ABŞ siyasətçisinin bu cür bəynatı Azırbaycan dövlətinin milli maraqlarına və beynəlxalq hüquqa ziddir və bu, birbaşa Ermənistanın maraqlarına xidmət edir: 

"Hər zaman biz bir partiya olaraq bəyan etmişik ki, ABŞ-ın Dağlıq Qarabağ məsələsində tutduğu mövqe ədalətə, beynəlxalq hüquq normalarına söykənmir. Özünü bütün dünyaya haqq-ədalət çarçısı kimi təqdim edən bir ölkənin ikili standartla Azərbaycana yanaşması təəssüf hissi doğurur. Bunun başlıca səbələrindən biri Ermənistanla din həmrəyliyidir. 

İkinci əsas əsbəb isə, ABŞ-da güclü erməni diasporasının olmasıdır. Bəzi ABŞ siyasətçiləri erməni diasporasının qorxusundan , bəziləri isə onlar tərəfindən alındığından belə əxlaqsız mövqe sərgiləyirlər. Diplomat razılaşdırılan atəşkəsin pozulmasından, Azərbaycan tərəfindən iri silah partiyalarının alınmasından danışır və bununla bağlı narahatçılığını qeyd edir. Azərbaycanın 20 faiz ərazisi işğal altındadır. Beynəlxalq birlik də Ermənistana heç bir təzyiq etmir. Uorlik yaxşı olardı ki, Ermənistanda BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq qurumların işğal olunmuş ərazilərin azad olunması və 1 milyon qaçqın, məcburi köçkünün öz yurd yuvalarına qayıtması barədə qəbul olunmuş qətnamələrinin icrasının vacibliyi barədə danışardı. Bunun edilməyəcəyi halda isə Ermənistanın sanksiyalarla üzləşəcəyini vurğulayardı. Uorlikin mərhələli həll variantından imtina edib paket həll variantını gündəmə gətirməsi işğalın stimullaşdırılması və ABŞ-ın problemin ədalətli həllində maraqlı olmamasının əyani sübutudur”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA