Azər Ayxan da qərarını verdi - Müsavatdakı jurnalistlər istefa verir

img

23-07-2015 [13:53]


"Müsavat partiyasından çoxdan istefa vermək istəyirdim. Rauf bəyin tövsiyəsi və xahişi sayəsində bu addımı atmadım. Təkcə mən yox, qəzetimizdə çalışan Müsavat Partiyası üzvləri də bu addımı atmır ki, bunun bir kampaniyaya çevrildiyi görüntüsü yaranmasın”. 

Bu sözləri Lent.az-a açıqlamasında "Yeni Müsavat” qəzetinin baş redaktorun birinci müavini Azər Ayxan deyib. 

Jurnalist bildirib ki, o, hələ qurultay zamanı partiyadan getmək istəyib:

"O zamanlar Rauf Arifoğlunu, "Yeni Müsavat” qəzetini günahlandırmağa bir bəhanə axtarırdılar. Bu baxımından partiya rəhbərliyinə bir bəhanə verilməsin deyə istefanı müəyyən vaxta qədər təxirə saldıq. Açığı deyək, partiyada təmsil olunan müavinlər, istərsə də divan üzvləri və digər funksionerlər tərəfindən "Yeni Müsavat” rəhbərliyi ilə bağlı tutulan ədalətsiz mövqe bizə kifayət əsas verir ki, partiya fəaliyyətimizi dayandıraq. Əvvəlki Müsavat partiyası ilə indiki Müsavat partiyası arasında fərqi görməmək, sezməmək, duymamaq mümkün deyil. Bu baxımdan Müsavat partiyasında qalmağın heç bir mənası yoxdur. Mənim Müsavat partiyasında heç bir fəaliyyətim yoxdur”.

A.Ayxan deyib ki, partiyadan de-fakto ayrılmaq üçün nə zaman ərizə ilə müraciət edəcəyini hələ müəyyənləşdirməyib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA