İlham Əliyevdən Lukaşenkoya məktub

img

02-07-2015 [19:32]


Azərbaycan prezidenti İlham Əliyev Belarus prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu ünvanlayıb.

Mia.az-ın məlumatına görə, təbrikdə deyilir: "Hörmətli Aleksandr Qriqoryeviç, Belarus Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sevindirici haldır ki, qardaş Belarus sosial-iqtisadi inkişaf, ölkədə asayişin və qanunçuluğun bərqərar edilməsi sahəsində sanballı uğurlar qazanıb.

Əminəm ki, Azərbaycan ilə Belarus arasında ənənəvi dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, xalqlarımızın və ölkələrimizin tərəqqisi naminə hərtərəfli əməkdaşlığımızın və çoxşaxəli qarşılıqlı fəaliyyətimizin dinamik və konstruktiv inkişafına yönələn birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Hörmətli Aleksandr Qriqoryeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş Belarus xalqına isə sülh və firavanlıq arzu edirəm".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA