Polad Bülbüloğlu Peşə Bayramını uşaqlarla qeyd etdi

img

24-06-2015 [19:05]



Dövlət qulluqçularının peşə bayramı münasibətiylə Moskva şəhərində fəaliyyət göstərən Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik mərkəzinin "MAYAK” həftəsonu məktəbinin şagirdləri və idarə heyətinin üzvləri, Azərbaycan Səfirliyinin qonağı olublar.

Bu barədə mia.az-a qurumun mətbuat xidmətindən məlumat daxil olub. Məlumatda qeyd olunur ki, Azərbaycan Səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova şagirdləri ana nəvazişiylə qarşılayaraq "Azərbaycana xoş gəlmisiniz” deyə salamlayıb: "Daha sonra səfirliyin fəaaliyyəti haqqında məlumat verildi və 1990-ci il 20 Yanvar hadisəsindən sonra bütün dünyaya bəyanat verdiyi qonaq otağında Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi yad edildi.Qonaqlar səfirliyin Azərbaycan güşəsi və kitabxanasıyla tanış oldular.Nəfis tərtibiylə şagirdlərin diqqətini çəkən Azərbaycan güşəsi haqqında təhsil məsələləri üzrə müşavir Arif Babayev geniş məlumat verdi. Azərbaycanın Rusiya Federasiyası Fövqalada və Salahiyyətli Səfiri cənab Polad Bülbüloğlu qonaqları qəbul edərək onları çay süfrəsinə dəvət etdi. Şagirdlərlə səmimi söhbət edən cənab səfir harada yaşamağından asılı olmayaraq öz Ana dilimizi sevməyi və qorumağı ,Azərbaycan bayrağını daim zirvələrə yüksəltməyi arzuladı". 

İdarə heyətinin üzvü Naməddin Qurbanov "MAYAK” həftəsonu məktəbi haqqında məlumat verərək bildirdi ki, bu məktəbdə Moskvada yaşayan azərbaycanlıların övladları Ana dili və ədəbiyyatını,Azərbaycan tarixi və Azərbaycanın mədəni dəyərlərini öyrənirlər.Şagirdlər isə öz növbəsində cənəb səfiri və səfirliyin bütün əməkdaşlarını peşə bayramı münasibətiylə təbrik edərək onlara "Azərbaycan şeirini” ərmağan etdilər.Azərbaycan-Rusiya Mədəniyyəti və Həmrəylik mərkəzinin icracı direktoru Mehman Şükürov, Rəyasət heyəti adından Cənəb Polad Bülbüloğlunu və bütün əməkdaşları təbrik edərək xatirə hədiyyəsini təqdim etdi. Cənəb səfir onları təbrik edən şagirdlərə və idarə heyətinin üzvlərinə öz təşəkkürünü bildirdi və səfirliyin xatirə hədiyyələrini təqdim etdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA