11-06-2015 [15:31]
Nadir:Bizim kasıb evimizə xoş gəlmisiniz. Salona keçin. Burada gördüyünüz suvenirlərin hamısını özüm almışam. Hədiyyə verməyiblər. Kimsə mənə nəsə almır.
Könül:Nadir bəy, başlayaq yeni işlərinizdən:
Nadir:Son zamanlar passivləşmişəm. Adi insanlar da, müğənnilər də pessimistliyin baş aldığını deyir.
Könül:Şou-biznesdə də durğunluq var.
Nadir:Daha heç nəyə həvəs göstərmirəm. Çəkilişlərə getmirəm, yalandan deyirəm Bakıda deyiləm. Verilişdə nədən danışım? Müğənninin layihəsi tamaşaçıya maraqlı deyil, onun şəxsi həyatında baş verənlər maraqlıdır. Layihə haqda yazılan xəbərlər 300-500 dəfə, amma "Nadir həmkarı ilə dirəşdi” xəbəri 5000 dəfə oxunur. Həmkarlarımın hamilə fotosunu yaymasının əleyhinəyəm. Hamilə qarnını efirdə göstərməməlidir. Bu cür xəbərlərlə gündəmdə olmaq istəmirəm.
Elvin:Dünya mətbuatında bu cür xəbərlər yayımlanır və normal qarşılanır.
Nadir:Dünyada çox şey var, hamısını etməliyik?
Elvin:Konsertdən əvvəl qalmaqal yaradırlar, partlayış edirlər.
Nadir:Düşünürəm ki, qalmaqaldan sonra konsertə gələnlərin sayı azalar. Deyərlər ki, qalmaqalçıdır, sənət qalmaqala görə gözdən düşər.
Könül:Qalmaqal yaradanlar gözdən düşmür, daha çox populyarlaşır...
Nadir:Mən daha qalmaqaldan qaçıram. Bilirəm ki, yaradıcılıqla bağlı sualdan sonra qalmaqallı sual verəcək. O jurnalistə hörmətsizlik etməmək üçün verilişə çıxmıram. Məni danışmağa çağırmasınlar, verilişdə kiməsə ağıl vermək iqtidarında deyiləm. Cavanam, ağıl alan yaşdayam. Tərbiyədən, qeyrətdən, mədəniyyətdən kasad, sənətə yeni gəlmiş adam çıxıb əxlaqdan danışır, ağıl verir. Heç kimlə dava salmaq istəmirəm. Mənə verilişlərdə söz atırlar, susuram. Mənim tamaşaçım məni sənətlə məşğul olan görmək istəyir.
Elvin:Nadir Qafarzadənin adı tez-tez qalmaqallarda hallanır. Özünüz nə vaxtsa süni qalmaqal yaratmısız?
Nadir:Mənim ən böyük qalmaqalım Faiq Ağayevlə olub. Ümumiyyətlə, məndə sünilik yoxdur, nə varsa, təbiidir. Mən buyam. Süni qalmaqallar o dəqiqə hiss olunur. Mən o saniyə süni qalmaqal olanda başa düşürəm. Mənim özümə gənc müğənnilər, qrup üzvləri zəng vurub pul təklif edirlər ki, qalmaqal yaradaq. Mən o cür pulu neyniyirəm? Onsuz da toydan qazanıram. Artıq yorulmuşam. Uşaqlarım böyüyüb, problemlərim çoxalıb. Ətrafımda mənə ehtiyacı olan insanlar var, çoxalır. Elə bilirlər ki, mən bir nəfərə yardım edirəmsə, deməli, hamıya edə bilərəm. Çoxları elə bilir ki, Nadir Qafarzadə hamıya pul verməyə məcburdur.
Könül:Sizdən pul istəyənlərin sayı çoxdur?
Nadir:"Evimi təmir edirəm”, "Banka borcluyam”, "Tələbəyəm, universitetdə oxuyuram” deyib pul istəyənlər var. Ay qardaş, sən bankdan niyə pul götürürsən? Mən heç vaxt bankdan pul götürməmişəm. Bir dəfə maşın götürmüşdüm. Onu da bir neçə il əvəzinə 1 ilə ödədim bitdi. Həmin adamlar kefindən qalmır. Ən bahalı telefonlardan istifadə edir. Sonra da məndən pul istəyir. Lox tapmısız? Alnıma yazılmayıb ki, "mən loxam”. Hamamını təmir etdirmək istəyənlər belə yardım umurlar. Yeni bir versiya ortaya atıblar. Deyirlər ki, bizim uşağımız sizi çox istəyir, görsə, çox sevinər. Uşağıma sünnət toyu edirəm, imkanım yoxdu. Heç olmaya gəlib onunla foto çəkdirin. Mən uşaq deyiləm ki, 44 yaşım var. İnsanıq, problem yoxdu, gedərik. Sənin uşağın mənim başımda gəzmək istəsə, onu da gəlib məndən xahiş edəcəksən?
(Bu zaman Nadir Qafarzadənin həyat yoldaşı Sevinc xanım otağa daxil olur, süfrəyə çay gətirir)
Nadir:Bu da bizim evimizin xanımıdı, həm də nökəridir. Mən də həmçinin evin həm bəyi, həm nökəriyəm. (O şokoladdanda gətir süfrəyə....Sonra...) Harada qalmışdıq?
Elvin:Yardımda.
Nadir:Hə, camaat məni düzgün başa düşsün. Elə bilərlər ki, mən özümdən razıyam. Mənim inanın o qədər problemim var ki... Kiməsə desəm, 8 dəsmal götürüb ağlayacaq. Mən heç kəsə demirəm, çünki, bu mənim problemimdir. Mənim problemim nə Könülə, nə də Nurlana maraqlıdır. ( Elvini işarə edir).
Könül:Nurlan deyil, Elvindi.
Nadir:Hə, Elvin, bu xırda yardımları biz edirik. Ancaq ondan da heç kəs istifadə etməsin. Mənim ürəyi yumşaqlığımdan çox istifadə etməsinlər. Elə məktublar yazırlar ki...
Elvin:Elə məktublar çox gəlir?
Nadir:Bu məktublar o qədər gəlir ki, oxumağa çatdırmıram.
Elvin:Tanımadığınız insanlara borc da verirsiz...
Nadir:"İnstagram”da məni izləməyə başlayırlar, sonra pul istəyirlər. Mən də borca verirəm. Mənim başım xarabdır.
Elvin:Mənə 10 min manat verə bilərsiz? (Gülür).
Nadir:10 min yox, amma min manat verərəm. İnsansan, ehtiyacın ola bilər. Mən o min manatı yenə qazanacam. O borcu alıb verməyənlər var. Çalışın, o pulu zamanında qaytarın. Mənim sözüdüz insanlardan xoşum gəlir. Mən soruşuram ki, nə vaxta qaytara biləcəksən? Deyir 10 günə, mən deyirəm ki, 12 gün gözləyərəm. Ancaq səs gəlmir. İstəyəndə də pis oğlan oluram. Pul verəndə yaxşı oğlan idim ha... Mən də o pulu əziyyətlə qazanıram. Sən o pulu necə yeyə bilərsən? Artıq istəməyə utanıram...O adam utanmır, amma...
Elvin:Sizin nə qədər alacağınız var?
Nadir:31 min manat bir, 6500 manat bir, 2000 manat bir, 1200 isə bir alacağım var. Xırda mənə qaytarılacaq borcları hələ hesablamıram. Çox nadir insanlar mənə iş tapın deyə müraciət edirlər. Məndən istifadə etməyə çalışırlar.
Könül:İstifadə etmək mövzusuna toxunduz. Mayın 19-da yanğın baş verən binaya məşhurlar gedib foto çəkdirirdilər... Həmkarlarınızın bu hadisədən də piar olaraq istifadə etdiyini düşünürsüz?
Nadir:Bu hadisə olanda ölkədə deyildim. Eşitdim, dostlarım video göndərdi. Əvvəl inanmadım. Ağlıma Amerikada çəkilmiş filmlər gəldi. Elə bil Amerikada əkiz qüllələr idi, 11 sentyabr hadisələri... Elə bildim o binanın videosunu mənə atıblar. Bakıda belə şeyi təsəvvür edə bilmirdim. Cənab prezidentin çıxışını izlədim. Mənim çox xoşuma gəldi. Yoldaşım mənə dedi ki, Bakıya gələndə səndə hadisə yerinə get. Mənim ağlıma getmək gəlmirdi. Guya gedib neyniyəsiyəm? Artıq mən gələndə hər şey öz qaydasında idi. Kiməsə özümü göstərəcəm? Bəzi məşhurlar kimi...Məkan və ya xəstələrin yanına gedib şəkil çəkdirir, foto paylaşırdılar. Mən də belə şey yoxdur. Bildim ki, bu sünilikdir. Dedim gedim heç olmasa uzaqdan baxım. Getdim, uzaqdan baxdım. Nə edə bilərəm? Dövlət hər bir işi görüb. Prezident özü nəzarət edir. İlham Əliyevin çıxışında bir şey lap xoşuma gəldi. Prezident bildirir ki, Avropa Oyunları və böyük layihələr bu faciənin yanında heç nədir. Hətta bu çıxışı "İnstagram”a qoymuşam. Hətta bir neçə nəfər dedi ki, Nadir Qafarzadə tez-tez prezidentin fotolarını paylaşır. Bəlkə, əməkdar artist adını almaq istəyir? Çox gülünc fikir idi. O günlərdə hamı bir-birini qınayırdı, söyürdü. Hamı vətənpərvər olmuşdu. Niyə həmişə hadisə olan zaman vətənpərvər olurlar? İki gündən sonra isə... Hər kəs öz işində olur. Dodaq uzadan , bədənlərinin əzələlərini ortaya çıxaran fotolar paylaşırlar. Nə oldu? Heç olmaya 7-si çıxardı. Yas bitdimi? Bizim insanların içində istifadə eləmək var. O faciədən bir çoxları reklam kimi istifadə etdi. Ürəyi yananlarda var idi. Onlar heç vaxt üzdə göstərmədilər. Belə şeylər mənə çatmır. Bu faciədən niyə reklam kimi istifadə edirlər? Nə verəcək onlara? Hə, Nadir yaxşı oğlandı deyəcəklər? Kiməsə görə onsuz Nadir yaxşı, və ya pisdir.
Könül:Bayaq qeyd etdiniz ki, hər kəsə borc verirsiz. Heç olub ki, işlə təmin etdiyiniz biri olsun.
Nadir:Bir oğlan var idi, iş istədi. Görüşdüm, 1.85 sm boyu olan idmançı idi. Evinin və yaşadığı şəraitin acınacaqlı olduğunu söylədi. İnsanlıq halıdı. Mən də ac olmuşam, axşam ac yatıb sabah da elə qalxmışam. Həmin aclığa görə, həyat yoldaşım iki övladını itirib. Düzgün vaxtında qidalanmadığı üçün problem yarandı. İndi o övladlarım sağ olsaydı, bəlkə də baba olmuşdum. Dedim oğlum mənim nə prodüser, nə də mətbuat katibinə ehtiyacım var. Sən savadsızsan. Təhsil almayıb, işləməkdə istəmir. İndiki gənclər savadı, təhsili olmaya-olmaya masa arxasında oturmaq istəyirlər. 28 yaşlı birinin hələ də mövqeyi yoxdur. Təklif etdim ki, mən sənə ayda 500 manat verəcəm, mənim köməkçim olarsan. Dedi nə iş görəcəm? Bildirdim ki, mən toya gedəndə həmişə termos aparıram. Termosumu daşıyarsan, paltomu soyunmağa köməklik edərsən. Bu, çox yüngül işdi. Millət 300 manata daş daşıyır. Oğlan dedi mən bunları edə bilmərəm. Dedi ki, 200 manat borcu var, siqarət almışam. Demək borca siqaret almaq ayıb deyil, işləmək ayıbdı?
Elvin:Bir az da övladlarınızdan söhbət açaq. Hazırda oğlunuzun biri xaricdə təhsil alır.
Nadir:Oğlanlarımın birinin 16, digərinin isə 19 yaşı var. İsveçrədə təhsil alır. Məlumdur ki, o ölkə çox bahalıdır. Onun cibinə pul qoymağa imkan vermir. Cavan oğlandı, istəyirəm cibində pulu olsun. Qəbul etmir, deyir mənim nə vaxt pulum olacaq, o vaxtda əylənəcəm. Deyirəm sən o ölkədə qamburgerlə yaşayırsan. Cenevrə dəhşət bahalıdı. Bu şəhərdən digərinə getmək üçün 60 avro verdim. Millət 60 avroya burdan Türkiyəyə gedir. Kampaniya filan olanda. Oğlum deyir ki, sən bu boyda təhsil haqqımı ödəyirsən. Bu uşaq istəmir.
Könül:Şou-biznesdə ailəli insanların sayı azdır. Nadir bəy ailəsini necə qoruyub?
Nadir:Nadir Qafarzadə ailə quranda şou-biznes yox idi. 1993-cü ildə mənim toyum olub. 1992-ci ildə nişanlaşmışdıq. İndi deyəcəm oxucu başqa cürə yozacaq. "Qafqazinfo”nun oxucuları fərqlidir, hər şeyə fikir bildirirlər...
(Könül şərh bölməsinin bağlandığını bildirir)
Nadir:O şərhçilər heç kimi bəyənmirdilər. Yaxşını da, pisi də pisləyirlər. Ailə məsələsinə gələk. 22 ildir ki, ailəmi qorumuşam. Bizimdə ailəmizdə söz-söhbətlər, mübahisələr olub. İndidən belə dava etməyə belə halımız yoxdu. Nə onun yaşı deyil ki, indidən belə kiminlə evlənsin, nə də mənim o yaşım deyil ki, hansısa xanımla ailə həyatı qurum. Mən ikinci dəfə ailə qura bilmərəm. Nə vaxtsa, ağlımıza gəlib ki, boşanaq. Amma uşaqlar gözümüzün qabağına gəlib. Bu uşaqların nə günahı var? Bizim ailəmizdə süni sözlər yoxdu. O deyirlər ki, "həyatım", "aşkım"... Bu nə deməkdi? Mən içimdə sevirəm. Böyük oğlumda elədir. Balaca oğlum özünü şirin aparır. Mən yoldaşıma heç vaxt "səni sevirəm” deməmişəm. Ətim tökülür, elə bil seriala çəkilirəm. Göstərişdə yox, əməldə sevmək lazımdı. Dil töküb yalvarıram ki, gəl gedək Avropanı gəzək. Mənə deyir, tək get gəz. Deyirəm ki, sənin yerində olmaq istəyən çox xanımlar var. Daş-qaş ala da bilmirəm. Söyləyir ki, niyə alıb gətirmisən? Mən qadınıma hər ay bahalı hədiyyə etməyi xoşlayıram.
(Nadir Qafarzadə evi gəzdirməyə başlayır. Ona hədiyyə olunan əşyaları göstərir)
Könül:Nadir Qafarzadənin həyat yoldaşı olmaq çətindir? Hansı kaprizləriniz var?
Nadir:Mənim də hamı kimi kaprizlərim var. Məni ha deyirəm ki, bayırdakı problemləri evə gətirməyim. Alınmır ki, alınmır. Bayırda nəsə problem olur, evə gələndə "itə” dönürəm. Bütün hirsimi evdəkilərin üstünə tökürəm. Hər şeydə dava axtarıram. Mənim bu cür xasiyyətim var. Yoldaşımın geyimlərinə çox müdaxilə edirəm. Xanımların vulqar geyinməsini xoşlamıram. Başa düşürəm mini ətək filan ola bilər. Ancaq mən belə şeyləri sevmirəm.
Elvin:O zaman siz çox qısqancsız...
Nadir:Xeyr, sadəcə olaraq qadınımı vulqar görmək istəmirəm. Mən qadının məxfi qalmasını istəyirəm. Xanım sirli olmalıdı. Şəhərə gedəndə gördüm bir xanım yay gəlməmiş lütlənib. O toyuqlar olur ki, tüklərini tökür. Bax elə...Görəsən o evdən çıxanda kimsə deməyib ki, ay qızım, bu halla hara gedirsən? Bakı çimərlik deyil. Böyük danışmayım, bəlkə də oğlum mənim ocağıma lüt bir qız gətirəcək.
Könül:Elə bir gəlini qəbul edərdiz?
Nadir:Mən müasir fikirliyəm. Gəlinim savadlı, zövqlü olsun, müxtəlif dillər bilsin. Hətta mənimlə müzakirə aparsın. Amma o gəlini bir xanım kimi görüm. Vulqar görmək istəmirən. O qadının hər bir şeyi öz kişisinə məxsusdur. Məgər mən xanımı şortla sevmişdim? Mən onun əxlaqını sevmişdim. Ona hərdən deyirəm ki, mən hər şeyimi sənə qoyub gedəcəm. Ən böyük arzum odur ki, həyat yoldaşımla bir gündə ölüm. Onsuzluğu hiss etmək istəmirəm.
Elvin:Xanımınıza əl qaldırmısız?
Nadir:Bəli, ilk evləndiyimiz illərdə özümü göstərirdim. Hərdən bacım filan qızışdırırdı. Mən yoldaşıma görə bacımı döymüşəm. Yeni evlənmişdik, atamgilə getmişdik. Özüdə Sevinclə məni tanış edən bacım ona sataşdı. Bacım baldızlıq etməyə başladı. Söz atırdı, yoldaşım susurdu. Durdum, iki şillə vurdum. Dedim sən nə istəyirsən axı bu yetimdən? Bacımın ərinə dedim ki, arvadını yığışdır. Ondan bəri imkan vermirəm. Bacının bacı, ananın ana yeri var. Hər kəsə sevgimi verə bilərəm. Mən özümdən çıxanda heç nə görə bilmirəm. Sonra peşman oluram. Son illərdə əl qaldırmıram. Uşaqlar nə deyər? Bir çox şeyləri özümə qadağa qoymuşam.
Elvin:Xəyanət etmisiz?
Nadir:Etmişəm. Evləndikdən 3 gün sonra yoldaşıma dedim. Biz bir il nişanlı qaldıq. Qaynatamın kaprizləri var idi, toyu gecikdirirdi. Onun razılığı ilə evdən özünə lazım olan əşyaları götürüb getdik, sonra da evləndik. Mən toy elədim, qayınatamgili dəvət etdik, gəlmədilər. Barışmaq istəmədilər. 4 ay sonra hər şey düzəldi. Bu gün mənim ayaqda durmağımda qayınatam-qayınanamın böyük rolu var. Qoy desinlər ki, arvad tərəfə yıxıldı. Allah var... Qayınanam elmlər namizədidir. Mən bu yaxşlılıqları öz qohumlarımdan görməmişəm. Mənə heç vaxt ürəkləri ağrımayıb. Mən indi qardaşıma, evdə qalan bacıma köməklik göstərirəm. Bacımım taleyi gətirməyib. Xəyanət mövzusuna gəlincə, 3 gün sonra etiraf etdim ki, xəyanət etmişəm. Gicəm də, mənə lazım idi bu? Mən indi də beləyəm. Səhvim olduğunu dedim, pis oldu. Dedi ki, mən qaçmasaydım, çıxıb atamın evinə gedərdim. İndi gedəcəyim yerim yoxdu. Mənə çox pis təsir elədi. And verdim ki, bir daha olmayacaq. İçkili olmuşam, istəmişəm nəsə edəm. Elə bil qapaz vurub deyirlər ki, söz vermisən. Kaş söz verməyərdim (gülür).
Könül:Oğlanlarınız nə vaxtsa, sizə irad bildiribmi?
Nadir:Yox. O dərəcədə ixtiyar sahibi deyirlər. Özüm fikirləşirəm. Həyat yoldaşım deyir ki, uşaqlar böyükdür. Özünü yığışdır. Uşaqlar küçəyə çıxır, dostları var. O, uşaqlara nəsə desələr götürməz, gəncdirlər, nəsə xəta edər.
"Hizbullah" sözçüsü öldürülüb
Yaponiyada güclü zəlzələ olub - 6,2 bal gücündə
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
Nazir əvvəl sualdan yayındı, daha sonra isə jurnalistin nömrəsini blokladı - Teymur Musayev "Saxta cərrahlar"la bağlı qalmaqala niyə izahat vermədi?
İki Xalq artistinə mənzil verilib - "Siz bunu haradan bilirsiniz?"
"Şirin"in xanımı: "Ailə olmağın mənasını övladda görənlər var"
Xalq artistinin oğlu da infarktdan vəfat edib
"Evləndiyim günün səhəri arvadımın hamilə olduğunu bildim" - Hədə-qorxu və xəbərsiz kəsilən aliment davası böyüyür (VİDEO)
"Barselona" klubunun prezidenti Zəfər parkını ziyarət edib - FOTO
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Millətlər Liqası: Türkiyə Uelsə qalib gələ bilmədi
ABŞ dövlət katibinin müavini İçərişəhərdə - FOTOLAR
Millətlər Liqası: millimiz Estoniyaya da qalib gələ bilmədi
Yazıçı Anar İlham Əliyevə müraciət ünvanlayıb - MƏTN
MEDİA rəhbəri Çin Qitələrarası Kommunikasiya Mərkəzinin nümayəndə heyəti ilə görüşüb
Volkan Dəmirəl: ""Fənərbaxça”dan təklif gəlsə, getmərəm"
Hikmət Hacıyev: "İşğal və təcavüz faktı olmasaydı..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək
"Barselona" klubunun prezidenti Bakıya gəlib - FOTOLAR
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə məktub göndərib - MƏTN
Keçmiş xanımından İkardi haqda rüsvayedici iddia: "O, "gey"dir..."
Millimiz İrlandiyaya məğlub olub
İdmançı partiya sədrinə forma və əlcək hədiyyə etdi
"Qalatasaray" iki oyunçu ilə yollarını ayırmağı planlayıb
İordan çayının qərb sahilində daha 12 fələstinlini həbs edilib
Qəzzada ölənlərin sayı 44 minə çatır
İmamoğlu kürdlər tərəfindən elə qarşılandı ki... - 42 qoç kəsilib, yüzlərlə... (FOTOLAR)
İtaliyada həbsdə olan mafiya liderinin İstanbuldakı "qol-budağı"na qarşı əməliyyat keçirilib - 9 nəfər tutulub
Əli Əsədov Füzuli ilə bağlı qərar imzalayıb
Azərbaycanda orta aylıq əməkhaqqı artıb
Alman narkobaron İstanbulda qandallanıb - FOTO
Tərtərdə polis serjantı həyatını itirib
Sabah Bakıda yağış, rayonlarda qar yağacaq
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Abxaziya yenidən Gürcüstanın tabeliyinə dönür? - Aksiya böyüyür, Rusiya maraqlı bəyanat yayıb (FOTOLAR)
Gənc şair necə ölüb?