Bahçeli Ərdoğana "yox" dedi

img

08-06-2015 [11:35]


Türkiyədə keçirilən seçkilərdə 3-cü yeri qazanmış Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli AKP ilə koalisyon hökumət qurmaq istəmədiklərini bildirib.

Avropa.info xəbər verir ki, seçki nəticələrini dəyərləndirən  Bahçeli , prezident  Ərdoğanın  belə bir durumda  baş nazir Davudoğluna  yeni hökumətin qurulması üçün  tapşırıq verməsi lazım olduğunu deyib.

Bahçeli  kürd problemi ilə bağlı həll prosesinə qarşı olduqları üçün, AKP  ilə koalisiya ortağı olmaq istəmədiklərini  söyləyib. MHP lideri  koalisiyanın AKP ilə HDP arasında  qurulmasının daha uyğun olacağını  deyib. O, həmçinin ikinci variant  kimi  AKP-CHP-HDP koalisiyasını təklif edib: "Belə bir durumda MHP  ana müxalifət missiyasını almağa hazırdır. Alınmazsa qoy erkən seçki olsun."

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA