Hafiz Hacıyev mitinqi təxirə saldı

img

01-06-2015 [15:53]


Müasir Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinin önündə keçirəcəyi mitinqi qeyri-müəyyən vaxta qədər təxirə salıb. 

Partiyadan mia.az-a daxil olan məlumata görə, bu məsələ partiya rəhbərliyində müzakirəyə çıxarılıb və qarşıdan gələn Avropa Oyunları öncəsi ölkədə qarışıqlıq yaratmamaq üçün belə bir addım atılıb.

Məlumatda o da qeyd olunur ki, Azərbaycanda ictimai-siyasi gundəmi dəyişmək, ölkədə xaos, anarxiya yaratmaq istəyən məmurlar var. Bunlar həm daxildə həm də xaricdədirlər: "Dövlət və dövlətçiliyi sevdiyimiz üçün hələki aksiyalara ehtiyac duymuruq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA