İsa Qəmbərin qardaşından müraciət

img

10-06-2015 [15:48]


Dünya Azərbaycanlıları Məclisinin sədri, Dünya Parlamentinin Almaniyada və Azərbaycanda qurulmasının təşəbbüsçüsü, Qlobal Qarabağ Barış Hərəkatının təşəbbüsçüsü, Rövşən Yunisoğlu Qəmbər müraciət ünvanlayıb. 

Mia.az-a daxil olun müraciəti təqdim edirik:


Əgər bugünkü Müsavat Partiyası "Hüquqi Təşkilardırsa" xahiş edirəm mənə bir həftə ərzində yazılı rəsmi cavab verilsin və Yasamal Rayon Təşkilatının sədrinə və fəallarına təqdim olunsun!!!
Xahiş edirəm, Rəsulzadənin Davamçıları diqqət etsinlər ki, gerçək və ədalət bərqərar olsun və Arif Hacili mənim partiyadakı vəziyyətimə aydınlıq gətirsin və mənim üzvlüyümü bərpa etsin!
Son qurultayda 2014 sentyabrda kimin namizədliyini müdafiə etmək niyyətində olduğumu nə qədər ki, bildirməmişdim Avropadakı müsavatçıların ağsaqqal təmsilçilərindən sayılırdım! Elə ki, Qubad İbadoğlunu müdafiə eteiymi bildirdim mənə Arif Hacilinin tərəfdarları çox pis münsaibət göstərməyə başladılar.
2010cu ildə Berlində və Podstam şəhərlərinddə keçirilən bütün tədbirlərə Avropadakı ən fədəkar müsavatçı İlham Həsən bəyin maddi və mənəvi dəstəyini özümə qarşı hiss etmişəm, çünki İlham bəylə birlikdə son 19 ildə Almaniyada, Avropada və Dünyada Azərbaycanın mənafeyinə uyğun olan bütün tədbirlərdə maksimal səmərəli işbirliyini qurmağa çalışmışıq!!!
Gülağa Aslanlı çox asanlıqla olmuş hadisə kimi KİVə xəbər ötürür ki, Rövşən Qəmbər 2009da (dəqiq nə zanman) partiyadan çıxıbdır. Bəs, partiyadan çıxarılıbsa, keçmiş müsavatçıya bir təşəkkür etməzlərmi ki, TEST Üsulu kimi tanınmış islahata etdiyiniz təşəbbüsə görə, Müsavat Partiyasına birləşmiş Azərbaycan Ana Torpaq Partiyasının AATPnin sədri kimi və Dünya Azərbaycanlıları Məclisinin sədri kimi fəaliyyətinizə görə də təşəkkür etməyə iki cümlə deyə bilməzdilərmi?
Bəs necə oldu "2011ci ildə Almaniyadakı müsavatçılardan kimlər Müsavat Partiyasının 100 illiyi münasibətilə fəxri fərmanla təltif olunmalıdır?" gündəminə həsr olunmuş tədbirdə mən ağsaqqal kimi təklif etdiyim fəallar mükafat aldılar!??!
Əgər 2009.cu ildə partiyadan çıxarılmışamsa, mənə protokoldan çıxarış verilməliiydi.
Əgər bu günkü Müsavat Partiyası "Hüquqi Təşkilardırsa" xahiş edirəm mənə bir həftə ərzində yazılı rəsmi cavab verilsin və Yasamal Rayon Təşkilatının sədrinə və fəallarına təqdim olunsun!!!
Dünya Azərbaycanlıları Məclisinin sədri,
Dünya Parlamentinin Almaniyada və Azərbaycanda qurulmasının təşəbbüsçüsü,
Qlobal Qarabağ Barış Hərəkatının təşəbbüsçüsü,
Rövşən Yunisoğlu Qəmbər
10.6.2015
Almaniya

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA