Anar Nağılbaz ölkəni tərk edib - Siyasi sığınacaq iddiası

img

01-06-2015 [14:25]


Azərbaycanın ən məşhur reperlərindən biri Anar Nağılbazın ölkəni tərk etdiyi, mühacirətə yollandığı iddia olunur. 

Mia.az Baku.ws-a istinadən xəbər verir ki, Çexiyaya yollanmış A.Nağılbaz bu ölkədə siyasi sığınacaq almaq istəyir.

Hazırda onun qaçqınların müvəqqəti saxlanma mərkəzində olduğu bildirilir.

Bu mərkəzdə təxminən 130 miqrant 3 həftə ərzində kiçik otaqlarda yaşayır. Müddət başa çatandan sonra miqrantla bağlı ya gəldiyi ölkəyə deportasiya qərarı qəbul olunur, ya da ona rəsmən qaçqın statusu verilir və bu şəxs şəhərdəki yataqxanalardan birinə yerləşdirilir.

Anar Nağılbaz tanınmış jurnalist, sabiq millət vəkili Rizvan Cəbiyevin oğludur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA