Milli Şuranın mitinqində istefa sədaları yüksəldi - FOTOLAR

img

30-05-2015 [15:54]


Bir neçə müxalifət təşkilatı və ictimai fəalların birləşdiyi Milli Şuranın bu gün sat 15-də Bakıda təyin etdiyi mitinq başlayıb.

Musavat.com-un reportyoru Məhəmməd Türkmənin verdiyi məlumata görə,  müxalifət fəalları «Xilas olaq!», «Talana və yalana son!» şüarları ilə keçirilən aksiyada ölkədə siyasi repressiyalara, korrupsiyaya, bahalaşmaya qarşı etiraz edirlər.

Milli Şuranın mitinqi Azərbaycanın dövlət himni səsləndirilib, daha sonra mayın 19-da Binəqədi rayonunda baş verən dəhşətli və faciəvi yanğın olayının qurbanlarının, mərhum müsavatçı gənc Nərgiz Yaqublunun, intihar etmiş Qarabağ qazisinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Mitinqdə çıxış edən AXCP sədri Əli Kərimli mitinq iştirakçılarını salamlayıb, hakimiyyətin mitinqin keçirilməsinə maneçilik törətdiyini bildirib. Əli Kərimli deyib: "Hakimiyyət əlindən gələni etdi ki, bu buraya az adam toplansın. Amma bizim israrımız, sizin tələbiniz hər şeyə qalib gəlir. Hamınızın bildiyi Binəqədidəki yanan binada insanlar can verdi. Dəfələrlə yazdıq, ekspertlər dedilər ki, bu üzlüklər ölümdür. Gərək 15 nəfər ölərdi ki, bu bəzəmə işləri dayansın? Onlar bu işləri dayandırmaq istəmirdilər. Çünki bu yolla milyonlar mənimsəyirdilər". AXCP sədrinin çıxışı zamanı aksiya iştirakçıları "istefa" tələbləri səsləndiriblər.

Daha sonra AXCP sədri binaların yanmasına səbəb olan penoplastların yanğın təhlükəsi daşıdığından hakimiyyət adamlarının əvvəlcədən xəbərdar olduqlarını, ancaq onların xalqın taleyinə laqeyd yanaşdığını bildirib, bunu məsuliyyətsizilk adlandırıb, bu işə görə məsuliyyət daşıyanların cəzalandırılmalı olduğunu deyib.

Daha sonra Əli Kərimli hərbi hissələrdə, cəzaçəkmə müəssisələrində ölən şəxslərə görə hakimiyyəti ittiham edib.


.






Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA