General iki siyasətçini çağırıb, xəbərdarlıq etdi

img

29-05-2015 [18:22]


Milli Şuranın mayın 30-da keçiriləcək mitinqinin təşkilatçıları - Fuad Qəhrəmanlı və Namizəd Səfərov çağırış əsasında Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) olublar.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı "Report"a açıqlamasında deyib ki, onlar BŞBPİ-nin rəis müavini, polis general-mayoru Səhlab Bağırovla görüşüblər.

S.Bağırov Milli Şuranın mayın 30-da saat 15:00-da Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) keçirəcəyi mitinqlə bağlı təşkilatçılara xəbərdarlıq edib.

Bildirilib ki, mitinqin keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) ünvanlanan müraciətdə qeyd olunan şüarlardan başqa şüarların səslənməsinə, asayişi poza biləcək addımların atılmasına imkan verilməyəcək.

Mitinqin təşkilatçıları da mitinqin qanun çərçivəsində keçiriləcəyini qeyd ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA