ALP-dən hakimiyyətə çağırış

img

23-05-2015 [18:08]



Azərbaycan Liberal Partiyasının (ALP) bəyanatı bəyanat verib.

Mia.az-a daxil olan bəyanatda partiya hakimiyyətə çağırış edib: «Azərbaycanda keçiriləcək I Avropa Oyunlarına  çox az vaxt qalır. Bu oyunlar keçirilərkən Azərbaycan bütün dünya ictimaiyyətinin diqqət mərkəzində olacaq, ölkəmiz haqqında yayılan  hər bir müsbət məlumat ona  mənəvi, mədəni və siyasi dividend gətirəcək, hər bir mənfi məlumat, xüsusən insanların siyasi baxışlarına görə həbs olunmasına dair ingformasiya  isə düşmənlərimizə anti-Azərbaycan təbliğatı üçün arqumentlər verəcək və əlverişli  fürsət  yaradacaq. Bu baxmdan, Azərbaycanda insanların siyasi baxışlarına görə həbs olunması qəbuledilməzdir, ölkəmizin imicinə ağır zərbədir, Azərbaycan haqqında mənfi  beynəlxalq rəy yaradır və Dağlıq Qarabağın dövlətimizin suverenliyi altına qaytarılmasına böyük əngəl törədir. Bu isə Azərbaycan adına böyük ləkə və dövlətimizə ağır zərbədir».

 

ALP hesab edir ki, I Avropa Oyunları öncəsi, 28 Mayda Azərbaycan Respublikasının təsis olunmasının ildönümü ilə əlaqədar  siyasi məhbusların azad olunması ölkəmizə və xalqımıza böyük fayda verə bilər.

Daha sonra partiya iqtidarı bunları nəzərə almağa, cəmiyyətdəki problemlərin  demokratik yolla həllində barış niyyəti nümayiş etdirməyə və istisnasız olaraq bütün siyasi məhbusları azad etməyə çağırır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA