DİN-dən sərt reaksiya: "Müvafiq tədbir görüləcək”

img

22-05-2015 [11:58]


Ötən gündən Facebook və Whatsapp istifadəçilərinin şəxsi mesaj qutularına "Bakı 2015” Avropa Oyunlarında "təhlükəsizlik tədbirləri” haqqında informasiyalar göndərilir.

Azərbaycan vətəndaşlarına müraciət edilərək ehtiyatlı olmaları ilə bağlı xəbərdarlıq edilir və bir neçə gün əvvəlki yanğın hadisəsi kimi hadisələrin yenə baş verəcəyi istisna edilmir. 

Müraciətdə vətəndaşlara təhlükə anında DİN və MTN-in məlum xidməti nömrələri ilə əlaqə saxlamaq tövsiyə olunur.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov publika.az-a açıqlamasında məsələnin araşdırıldığını deyib: "Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşlara belə bir müraciət ünvanlanmayıb. Bu, həqiqəti əks etdirməyən məlumatdır. Hazırda bu məlumatla bağlı müvafiq araşdırmalar aparılır. Araşdırmanın nəticəsində bu məlumatın kim tərəfindən və hansı məqsədlə yayıldığı məlum olacaq. Buna uyğun olaraq da müvafiq tədbir görüləcək”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA