“Gözləyirdim ki, Hacıbala Abutalıbov həbs olunacaq” – Partiya sədri

img

21-05-2015 [17:48]


«Bakıda qeyri-qanuni tikililərin hamısının icazəsini Hacıbala Abutalıbov verib. O bu hakimiyyət üçün baş qaxıncıdır, amma ona-buna şər, böhtam deməklə məşğuldur».

Mia.az-ın məlumatına görə, bu barədə MMP sədri Hafiz Hacıyev açıqlama verib. Onun sözlərinə görə, Hacıbala Abutalıbovla bağlı dedikləri həqiqəti əks etdirir: «Haıcıbala Abutalıbov Bakıda şər yeri qarış-qarış satıb. Həmin binada yanan insanların birbaşa baiskarı da odur. Binaların üzlükləri vurulanda onun gözü kor idimi? Şəxsən o, bizim partiyanın qərərgahı yerləşən binanın uzlüyü vurulanda gəlib dayanıb, baxırdı. Şəmin yanan bina ilə bizim qərargah arasında məsafə iki yüz metr olar. O binanın üzlənməsindən də xəbərdardır. Amma indi məsuliyyəti niyə boynundan atır bu adam? Bu gün Azərbaycanı yandırır, özünü xəbərsiz kimi göstərir. Özünü qoyub kloun yerinə. Əgər bu gün boynundan atırsa, deməli, prezidentə yalan məlumat verir. Azərbaycan xalqı ona görə bu vəziyyətdədir ki, Hacıbala Abutalıbov kimi dəlinin biri Bakı meridir. Ona görə də yanğında bu qədər adam dünyasını dəyişir. Bütün bu binalar üzlənəndə Hacıbala Abutalıbov dillənmirdi, pulu yığırdı. Amma yananda deyir ki, xəbərim yoxdu. Amma mən belə şeylərə göz yuma bilmərəm, Hafiz Hacıyev imkan verməz ki, onun kimi axmağın biri prezidentə yalan məlumat versin. Ona görə də bütiün əməllərini ifşa edəcəm».

MMP sədri onu da qeyd edib ki, H.Abutalıbovun yığdığı pulların hara xərcləndiyini də yaxşı bilir: «Mən prezidentin müşavirəsindən sonra gözləyirdim ki, Hacıbala Abutalıbov həbs olunacaq. O, bütün pulları yığır, oğlunun vasitəsi ilə "vəhhabi”lərə xərcləyirAzərbaycan prezidenti gərək təcili onu həbs etsin. Ona görə ki, bütün qanunsuz tikintilərin pulunu o yeyib. Bu birmənalı şəkildə belədir. Onun Azərbaycan xalqından yediyi pullar milyardlarla hesablanır. Mən açıqlama verdim ki, həmiz üzlüklərin istehsal olunduğu müəssisə Hacıbala Abutalıbovun qardışının kürəkənidir. Utanmaz-utanmaz təkzib edir. Amma fakt olmasaydı, bu qədər sərt reaksiya verməzdi. Məsləhətim odur ki, bu yaşlı vaxtında ağıllı olsun, yoxsa ağır cəzalanar. Kişiliyi varsa, efir vaxtı alsın. 16 nəfərin ölümündə əli olduğunu sübut edim. Bu oyunların başında vəhhabilər durur. İmkan verə bilmərəm ki, qardaşım İlham Əliyevə xəyanət edilsin. Onun zəngini gözləyirəm. Hacıbalanın Azərbaycan xalqının övladlarını necə qırdırdığını sübut edəcəm».


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA