Polad Bülbüloğlu ilə bağlı sərəncam verildi

img

21-05-2015 [16:27]



Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu Rusiyanın "Şərəf” ordeni ilə təltif olunub. 

 APA-nın məlumatına görə, Rusiya prezidenti Vladimir Putin bununla bağlı sərəncam imzalayıb. 

 Qeyd edək ki, bu gün Kremldə təltif edilən şəxslərə Rusiya dövlət mükafatları təqdim edilib. Ümumilikdə ali dövlət mükafatlarına 40 nəfər layiq görülüb. Onların arasında elm və mədəniyyət xadimləri, siyasətçilər, diplomatlar, dini təşkilatların nümayəndələri, idmançılar, kosmonavtlar və iş adamları var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA