"Bu məmurların çoxu həbs olunmalıdır" - Partiya sədri

img

21-05-2015 [11:26]


"Məmurların içərisində təmsil olunan, ölkədə sabitliyi istəməyən xəyanətkar insanlar var". 

Bu fikirləri Ölkə.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. O qeyd edib ki, yanan materialı istehsal edənlər, ölkəyə gətirənlər arxasız adamlar deyil: Bu materialı gətirənlər , bunu binalara yapışdırmağı sifariş verənlər həbs olunmalıdırlar. Məmurlar arasında ölkədə sabitliyi istəməyən xəyanətkar insanlar var. Bakını yanıdırarlar, millət əlacsız qala bilər. Bu məmurların çoxu həbs olunmalıdır. Özlərini elə aparırlar ki, guya Azərbaycanı sevirlər, amma ele deyil".

Partiya sədri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovu da ittiham edib: "Hacıbala müəllim bilmir ki, onu gətirən kimdir? Bəyəm xəbəri yoxdur binalara hansı materiallar vurulur? Çox gözəl bilir ki, həmin materialı gətirən onun qardaşının kürəkənidir. Sadəcə olaraq özünü bilməməzliyə vurur. Dəyən ziyanı dövlət yox,bu işdə az da olsa "əməy"i olan məmurlar ödəməlidirlər".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA