Heydər Əliyev Naxçıvanı da enerji blokadasından xilas etdi

img

18-05-2015 [12:04]



Heydər Əliyev Azərbaycanı müstəqil enerji dövlətinə çevirmişdi

Heydər Əliyev Azərbaycanın sənaye və kənd təsərrüfütını yüksək zirvələrə qaldırmışdı.

Azərbaycan strateji kənd təsərrüfatı məhsullarına görə Sovet İttifaqında ən yüksək yerlərdən birində idi.

Heydər Əliyev Azərbaycanın neft emalı zavodlarında yeni qurğular qoydu, neft emalının dərinliyini və həcmini artırdı.

Heydər Əliyev Sovet imperiyasının tərkibində olan Azərbaycanı enerji cəhətdən asılı olmayan ölkəyə çevirmişdı.

Heydər Əliyev Azərbaycan elminin Sovet İttifaqı miqyasında yüksək yerlərə qalxmasını təmin etmişdi.

O zaman Azərbaycan əhalisinin və sənayesinin ehtiyaclarını ödəmək üçün 3 min meqavatt güc qoyuluşu tamamilə kifayət edirdi. Lakin Azərbaycanın gələcəyinə baxan, gələcəkdə yarana biləcək müstəqil Azərbaycanı uzun müddət enerji asılılğından xilas etmək üçün Heydər Əliyev Azərbaycan elektroenergetika sənayesində 5 min meqavattdan çox güc qoyuluşu yaratmışdı.

Heydər Əliyevlə görüşməmişdən qabaq da mən onun bu işləri gördüyünü yaxşı bilirdim. Çünki prezident Administrasiyasında məhz bu sahə ilə məşğul idim.

Heydər Əliyev Naxçıvanı da enerji blokadasından xilas etdi

Heydər Əliyev Naxçıvanın elektrik enerjisi ilə təmin olunması üçün İran Prezidenti ilə danışıqlar apardığını, Türkiyədən Naxçıvana elektrik enerjisi verilməsi üçün enerji xətlərinin çəkilməsi üçün Türkiyə prezidenti və baş naziri ilə danışıqlar apardığını dedi.

Heydər Əliyev dedi ki, Naxçıvanın elektrik enerjisi ilə əsaslı və dayanıqlı təminatı üçün İmışlidən İranın Parsabad şəhərinə elektrik enerjisi xəttinin çəkilişi sürətləndirilməlidir.

O zaman mən Heydər Əliyevə dedim ki, İmişli- Parsabad elektrik enerjisi xəttinin çəkilməsi üçün lazım olan kifayət qədər maliyyə vəsaiti yoxdur.

Heydər Əliyev dedi ki, bu xəttin çəkilməsi Naxçıvan üçün həyati əhəmiyyət kəsb edir. Ona görə Azərbaycan hökuməti maliyyə vəsaiti yerin dibindən də olsa tapmalıdır.

Mən dərhal hiss etdim ki, Heydər Əliyev düz deyir. Dedim ki, siz düz deyirsiniz, bu aksiomadır. Cənab Heydər Əliyev, Siz hələ Sovet İttifaqı dövründə Azərbaycan enerji sisteminin Rusiyadan asılılığını aradan qaldırmışdınız. Sovet İttifaqının digər respublikalarının heç bir rəhbəri o zaman bu işi görə bilməmişdi. Siz isə Azərbaycanı enerji cəhətdən Rusiyadan asılı olmayan bir dövlətə çevirdiniz. Bu gün bizim Rusiyanın enerji sistemi ilə ilə əlaqələrimiz yalnız Azərbaycanın enerji sisteminin dayanıqlığına və ciddi qəzalar zamanı enerji mübadiləsinə görədir. Faktiki olaraq həm Sovet İttifaqı dövründə, həm də bu gün Azərbaycan müstəqil enerji dövlətidir. Müstəqil enerji dövlətimizi Siz yaratmısınız. Mənə elə gəlir ki, Siz indi Naxçıvan Muxtar Respublikası blokadada olduğundan buranın da hərtətərəfli və dayanıqlı enerji sistemini yaradırsınız.

Heydər Əliyev gülümsədi və dedi: "Bəli düz başa düşmüsən, Mən Azərbaycanın müstəqil enerji sistemini yaratdım, indi mən Naxçıvanın enerji sistemini yaradıram".

ardı var

Prof.Dr. Qüdrət İsaqov



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA