"Müsavat"ın Qadınlar Birliyinin sədri partiyadan kənarlaşdırılıb

img

17-05-2015 [22:59]


Bu gün "Müsavat" Partiyasının Xətai rayon təşkilatının Şura iclası keçirilib.

Partiyanın Divan üzvü Nemət Kərimlinin "Report"a verdiyi məlumata görə, iclasda Qadınlar Birliyinin sədri Ellada Məmmədlinin fəaliyyəti müzakirəyə çıxarılıb.

Müzakirənin sonunda Ellada Məmmədli partiya nizamnaməsi və rəhbərliyinə qarşı çıxdığına, həmçinin qurum daxilində istefaları təşkil etdiyinə görə, partiya sıralarından xaric edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA