“İqtidarla dialoqa hazırıq“ - Arif Hacılı

img

14-05-2015 [14:30]


"Əgər müsbət nəticə versə, Azərbaycan cəmiyyətinin marağına uyğun olar".

Bunu jurnalisltərə açıqlamasında Müsavat Partiyası başqanı Arif Hacılı deyib. O vurğulayıb ki, Müsavatın təklifi qəbul olunarsa, onlar sabah keçiriləcək görüşdə iştirak edə bilər:

"Sabah görüşə Müsavat başqanı kimi məni dəvət ediblər və bildirilib ki, bu görüşdə əsasən Avropa Yay Olimpiya oyunları müzakirə ediləcək və demək olar ki, qeydiyyatdan keçmiş bütün siyasi partiyaların nümayəndələri iştirak edəcək.

Biz hesab edirik ki, iqtidar müxalifət dialoqu zəruridir və cəmiyyətin maraqlarına uyğundur. Real müxalifət görüşü olacaqsa, biz belə görüşlərdə iştirak etməyə hazırıq. Yaxın günlərdə, hətta bu gün təklifimizi qəbul etsələr elə sabahkı müzakirəyə qatılmağa hazırıq".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA