"Azadlıq -2015" 6 bəndlik bəyanat yaydı

img

13-05-2015 [18:06]


Bakıda keçiriləcək I  Yay Avropa İdaman oyunları ilə bağlı "Azadlıq -2015" seçki blokuna daxil olan partiyalar birgə bəyanat yayıblar.

KAXCP-dən Mia.az daxil olan 6 bəndlik bəyanatda deyilir:

"1. "Azadlıq - 2015" seçki blokuna daxil olan siyasi partiyalar Bakıda keçiriləcək  İ Yay Avropa İdaman  oyunlarında Azərbaycan idmançılarına uğurlar diləyir və  bu tədbirni bütün dünyada  idmana, Olimpiya hərəkatına , xalqlar arasında  sülh və əmin amanlığa, Azərbaycanın tanınmasına və xalqımız haqqında dünyada  müsbət təsəvvürlərin formalaşmasına xidmət etməsini,  dinc, həqiqi  idman bayramı şəraitində baş tutmasını   arzu edir, eyni zamanda istəyirlər ki, Oyunlar  cəmiyyətimizin demokratikləşməsi və çağdaş siyasi mədəniyyətlər səviyyəsinə doğru irəliləməsi naminə köklü islahatlar aparılması, insan hüquq və azadlıqlarının gerçəkləşməsi,      dövlətimiz  və insanlarımızın rifahı, milli həmrəylik   üçün faydalı nəticələr versin.

2. Azadlıq - 2015  seçki blokuna daxil olan siyasi partiyalar I Avropa idman oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı regionda və ölkədə  siyasi - ideoloji xarakterli ajiotajın yaradılmasından və oyunlar yaxınlaşdıqca bunun daha da qızışdırılmasından  narahatlıq ifadə edirlər. Siyasi partiyalar   qeyd olunan tədbirin Azərbaycana gətirəcəyi pozitiv  faydaları təhdid altına alan belə situasiyanın yaranmasında antiazərbaycan qüvvələrinin rolunu qeyd edərək  eyni zamanda hesab edirlər ki,    məsuliyyətin mühüm payı    Azərbaycan iqtidarının yürütdüyü  qüsurlu daxili və xarici siyasətin üzərinə düşür. Bu Bəyanatda Azərbaycanda bərqərar olmuş siyasi rejimin ümumi mahiyyəti ilə bağlı olan məsələlərə xüsusi olaraq toxunmayaraq  diqqəti ona cəlb etməyi lazım bilirik ki, sanki qəsdən,  Oyunlarla əlaqədar dünyanın  o cümlədən Azərbaycana düşmən dairələrin  diqqətinin ölkəmizə cəlb olunacağını bilə- bilə, bunu nümayişkəranə surətdə qulaqardına vuraraq, çağdaş demokratik dəyərlərə, ölkədaxili və  dünya ictimai rəyinə, siyasi müxalifətə və qlobal proseslərə təsir imkanı olan beynəlxalq təşkilatlara  yersiz və zərərli  saymazlıq nümayiş etdirərək imkan verilmişdir ki, antiazərbaycan qüvvələri Azərbaycan əleyhinə  milli maraqlarımızı və təhlükəsizliyimizi təhdid edən total  hücum təşkil edə bilsinlər.  Belə ki, məhz  yarışlar ərəfəsində, 2014- cü ilin yayından başlayaraq  insan hüquqları sahəsində  həmin vaxta qədərki problemləri həll etmək əvəzinə  vətəndaş sektoru, azad mətbuat və müxalif siyasi partiya fəallarına qarşı yeni   repressiyalar dalğası həyata keçirillmiş, BMT və Azərbaycanın  müqavilə öhdəlikləri ilə bağlı olduğu beynəlxalq təşkilatların ekspertləri olan nüfuzlu hüquq müdafiə təşkilatları tərəfindən vicdan və siyasi məhbus kimi tanınan şəxslərin sayına görə Azərbaycan Avropada birinci yerə çıxarılmışdır. Dövlətin ən yüksək vəzifəli  məmurlarının KİV –də açıqlamaları, müsahibə və yazılarında bu kompaniya açıqdan açığa xarici qüvvələrin, konkret olaraq Qərbin 5- ci kolonunun sıradan çıxarılması, narıncı inqilabların önlənməsi əmliyyatı  kimi təqdim edildikdən sonra onların siyasi motivlərlə deyil,  güya kiminsə vergi ödəməmsi,  kimisə özünüintihar həddinə çatdırma, narkotik satışı, ermənistana casusluq kimi  əməllərlə bağlı olması iddiaları  ciddi qəbul edilmdi,  heç kəsi  inandırmadı və milli və beynəlxalq ictimai rəyi  ələ calma kimi qarşılandı.  Azərbaycan iqtidarı hətta öz əvvəlki taktikasını da bir tərəfə buraxaraq, məhz 2104- 2015 –ci illərdə dövri əfvlər və ya kosmetik islahatlar aparmağa da lüzum görməyərək, əksinə ifadə, birləşmə, vicdan, seçki, mülkiyyət və digər hüquq və  azadlıqlar sahəsində qanunvericilikdə və icrada geri addımlar ataraq  bütün dünyaya meydan oxumaq xəttini tutdu.  Hesab edirik ki, bu xəttin iqtidarın özü üçün yaratdığı təhlükənin fərqində olmağı  onun öz öhdəsinə buraxaraq nəticədə dövlətin maraqları üçün  də ciddi təhdidlər yaratdığı vurğulanmalıdır.  

3. İqtidar  milli maraqlarımız və təhlükəsizliyimiz üçün təhdid olan   neqativ situasiyanı  daha da dərinləşdirərək, I Avropa  yay idman oyunları ətrafında  xarici aləmdəki qütbləşməni ölkə daxilinə keçirmə prosesi başlatmışdır. Cəmiyyət süni surətdə oyunları dəstəkləyənlər və dəstəkləməyənlərə bolunur və qütbləşdirilir.  Ölkədə  bu oyunlara münasibətdə tənqidi fikrin açıq və  geniş ifadə edilməməsinə baxmayaraq  lüzumsuz  dəstək kompaniyası ilə belə təsəvvür yaradılır ki, güya bu tədbirin keçirilməsi ciddi təhlükə qarşısındadır və bu təhlükənin mənbəyi və yaradanları da daxildədir. Sanki biriləri bu oyunlardan istifadə edərək daxildə  düşmən axtarışına başladıb  açıdan açığa qaşınmayan yerdən qan çıxartmağa, olmayan yerdən daxili düşmən icad etməyə, milli xəyanətkar, üzdəniraq "cadu ovu” təşkil etməyə girişmişlər.

4.Azadlıq- 2015 seçki blokuna daxil olan siyasi partiyalar diqqəti ona cəlb edirki, bu tipli,  xüsusilə böyük maliyyə məsrəfləri ilə bağlı olan tədbirlərin təşkil olunub keçirilməsinin məqsədəuyğunluğu ətrafında bütün ölkələrdə  fərqli , tənqidi mövqelər olur və belə tənqidi mövqelər hətta bu tədbirlərin gedişində  belə o cümlədən kütləvi aksiyalar  şəkilində də ifadə olunur. Futbolun milli dəyər sayıldığı  və  ən dinamik iqtisadi inkişaf mərkəzlərindən olan Braziliyada axırıncı dünya futbol çempionatının həmin ölkədə keçirilməsinə etiraz edənlərlə  bağlı   toqquşmalarla müşayət olunan kütləvi mitinq və nümayişləri xatırlamaq kifayətdir. Heç bir normal ölkədə bu cür hallar xarici düşmənlərin maliyyə dəstəyi naminə həyata keçirilən xain təxribat, ölkənin misilsiz inkişafına paxıllıq, yaxud milli sərvətlərə nəzarət  və ya müstəqil siyasi kursdan çəkindirmək üçün Qərbin təzyiq üsulu olması   kimi   dəyərləndirilmir, ən azı başlıca olaraq belə qələmə verilmir. Qəbul edilir ki, öz tənqidi mövqelərini qanunlara və tədbirlərin təhlükəsizliyinə əməl edilməklə aksiyalar, o cümlədən kütləvi aksiyalar  şəkildə ifadə olunması  adi haldır, əsas insan hüquq və azdlıqlarından, Konstitusiyadan irəli gəlir.

5. Azadlıq -2015 seçki blokuna daxil olan siyasi partiyalar I Avropa oyunlarını boykot çağrışlarına tərəfdar deyildir və belə çağrışları təqdir etmir və ümid edir ki, belə çağrışlar ümumiyyətlə olmayacaqdır. Eyni zamanda  hesab edilir ki, Azərbaycanda  ayrı- ayrı  fərdlərin və təşkilatların bu oyunlara fərqli, tənqidi, hətta əksəriyyətin rəyi ilə üst- üstə düşməyən boykot çağrışlarının  belə onlara qarşı təqib və rəhdid kampaniyasına səbəb olması yolverilməzdir. Azadlıq  2015 seçki blokuna daxil olan partiyaların arasında, hətta ayrı- ayrı partiyaların üzvləri arasında da bu oyunların bu qədər böyük məsrəflər bahasına Bakıda keçirilməsini məqsədəuyğunuğu, yaxud bu  tədbirin Azərbaycanın dövlət maraqları ilə deyil iqtidarın dar maraqlarına xidmət etdiyi kimi düşünənlər də vardır. Bu insanların mütləq  əksəriyyəti öz dövlətini sevən vətənpərvər insanlardır. Azadlıq anlayışının fundamental prinsiplərindən çıxış edərək Azadlıq – 2015  bloku oyunları boykot tərəfdarı olmamasına və böykot çağrışlarını təqdir etməməsinə baxmayaraq  belə çağrışlar olacağı halda onu edənlərə əleyhinə təqib həyata keçiriləcəksə təqib olunanaların yanında olacaq, onların ifadə hüquq və azadlıqlarını müdafiə edəcəkdir.

6. Azadlıq -2015 hesab edir ki, siyasi məhbus kimi tanınan şəxslərin azad edilməsi I Avropa yay idman oyunları  ətrafında  əsil Olimpiya ruhunun formalaşmasına ciddi töhvə olardı. Bunula əlaqədar Azadlıq – 2015 prezident İlham Əliyevə bir daha müraciət edərək xahiş edir ki,  öz Konstitusiya səlahiyyətlərindən istifadə edərək siyasi məhbus problemi kimi tanınan məsələnin bir dəfəlik həlli üçün köklü addımlar atsın.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA