"Gücün varsa, ətrafına adam toplaya bilirsənsə, mitinq keçir" - Partiya sədri

img

13-05-2015 [15:46]


Milli Şuranın mitinqlə bağlı Bakı meriyası ilə razılığa gələ bilməməsi birmənalı qarşılanmayıb. 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, Milli şura artıq məhv olmuş bir təşkilatdır. Onun sözlərinə görə, belə bir qurumun mitinq keçirməsi mümkünsüzdür: «Bu adamların iç üzü artıq hər kəsə bəllidir. Əli Kərimli və Cəmil Həsənlinin hansı məzhəbə qulluq elədikləri hər kəsə gün kimi aydındır. İki mitinq keçirdilər, biabır oldular. Onda heç olmasa, beş-on adam gəlmişdi, bu dəfə isə heç kim gəlməyəcək. Elə buna görə də min bir bəhanə ilə mitinq keçirməkdən imtina edirlər. Əgər mitinq keçirmək istəyirsənsə, yerin, zamanın nə fərqli var? Gücün varsa, ətrafına adam toplaya bilirsənsə, keçir. Bu adamlar özləri yaxşı bilirlər ki, onlara səs verən olmayacaq, meydanda tək qalacaqlar. Ona görə də qalmaqala getməklə gündəmdə qalmağa çalışırlar».

H.Hacıyev onu da qeyd edib ki, Əli Kərimli Qərbdən pul alıb ölkədə aranı qarışdırmaq istəyir, amma Müasir Müsavat Partiyası buna imkan verməyəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA