Qubad İbadoğlunun Bakıdakı ofisində axtarış və müsadirə aparıldı

img

13-05-2015 [15:23]


ADR hərəkatının lideri Qubad İbadoğlunun Bakıdakı ofisində axtarış aparılıb. 

Bu barədə, hazırda ABŞ-da olan iqtisadçı alim özü məlumat yayıb. Məlumatda deyilir:

"Bu gün Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin əməkdaşları İqtisadi Tədqiqatlar Mərkəzinin ofisində axtarış axtarıb. Üç saatadək davam edən axtarışdan sonra Mərkəzin bütün kompyuterlərini və maliyyə-mühasibat sənədlərini müsadirə edərək aparıblar. Bu onu göstərir ki, ötən ilin aprel ayından bir qrup QHT-lərin əleyhinə aparılan istintaqdan 1 il keçməsinə baxmayaraq hələ də yekunlaşmayıb, vətəndaş cəmiyyətinə təzyiqlərin yeni mərhələsi başlayıb"(Musavat.com).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA