Dialoq üçün Arif Hacılıya dəvət gəlib

img

13-05-2015 [13:51]


15 may 2015-ci ilə planlaşdırılan iqtidar-müxalifət görüşünə Müsavat partiyası da dəvət alıb. Müsavat Partiyasının başqanı Arif Hacılı Prezident Administrasiyası tərəfindən görüşdə iştirak üçün dəvət edilib.

Partiyadan verilən məlumata görə, dəvətlə bağlı rəhbərlikdə müzakirələr aparıldıqdan sonra rəsmi cavab veriləcək.
Musavat.com-a danışan başqan Arif Hacılı bunları deyib:

"Mayın 12-də mənə Prezident Adminstrasiyasından zəng gəldi və rəhbər şəxslər bildirdilər ki, iqtidar-müxalifət görüşü baş tutacaq. Məni də həmin görüşdə iştirak üçün dəvət etdilər. Mən dəvətə görə təşəkkürümü bildirərək məsələnin partiya strukturlarında müzakirə edildikdən sonra qərar veriləcəyini bildirdim. Bu gün (13 may-red), ya sabah Müsavat Partiyasının məsələ ilə bağlı mövqeyi açıqlanacaq”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA