Azərbaycan siyasətinin ən rəngli simalarından biri olan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə müsahibənin ikinci hissəsini təqdim edirik.
- Sizi qeyri-səmimi, davamlı siyasi kursu olmayan, sifarişləri yerinə yetirən siyasətçi olaraq tanıdırlar. Bir çoxları isə sizi Jirinovski ilə eyniləşdirirlər. Opponentləriniz nə qədər haqqlıdır?
- Azərbaycan siyasətində ciddilik faktorunu ölçən elə bir cihaz yoxdur. Hörmətli Əli müəllim o vaxtı ciddi cavab vermişdi ki, necə olur Hafiz Hacıyev nazir olanda, Əli Kərimli -İsa Qəmbərə qarşı mübarizə aparanda ciddi olur, amma məmurlar haqda danışanda qeyri-ciddi olur? Hafiz Hacıyev ardıcıl siyasət aparmasaydı, yolundan dönərdi. Prezidentliyə üç dəfə namizədliyimi vermişəm və üçündə də mövqeyim eyni olub. Cəmil Həsənli əlbəttə deyəcək, Hafiz Hacıyev qeyri-ciddidir, onu öyrədirlər. Guya hansısa prezident məni öyrədib deyə, onun qızının erməniyə ərə getməsini demişəm. Qətiyyən belə deyil. Elə onun öz yanında olan şəxs gətirib "zaks" kağızını mənə verdi. Axırıncı prezident seçkilərində İsa Qəmbər deyirdi ki, biz artıq hakimiyyətə gəlmişik. Bir neçə nəfərdə onların zibilinə düşdü, indi türmələrdə çürüyürlər. Mən bu günə qədər dövlətçiliyi müdafiə etmişəm. Dövlətçiliyi müdafiə etmək dövlət başçısının verdiyi bütün tapşırıqları yerinə yetirmək deyil. Azərbaycanda məndən çox məmur təbəqəsini haqlı olaraq tənqid edən varmı? Onların yeganə tənqid obyekti İlham Əliyevdir. Məndə buna imkan verə bilmərəm. Qoy desinlər, Hafiz Hacıyev İlham Əliyevə yaltaqlanır, amma mən İlham Əliyevə yaltaqlanmıram. Siyasi xətti olan bir insanam. İstənilən məsələylə bağlı siyasi polemikaya girməyə hazıram. Mən nə qədər ki varam, özünü müxalifət adlandıran qüvvələrin heç biri hakimiyyətə gələ bilməyəcək.
İlham Əliyev çox gözəl dedi ki, siyasətdə pul önəmli deyil. Siyasətdə önəmli olan cəsarətli, qeyrətli, siyasi baxımdan bişmiş ideoloji bomba olmağı başarmaqır. Mən bir ideoloji bombayam. Hara düşsəm, oranı dağıdıram.Qoy desinlər, Hafiz Hacıyevi prezident öyrədir.Bunlar mənim üçün o qədərdə önəmli deyil. Necə olur İsa Qəmbər, Əli Kərimliylə Müsavat partiyasının üzvü olanda deyirdilər ki, Hafiz Hacıyev böyük şəxsiyyətdir. Hafiz Hacıyev ordan çıxıb paxırlarını açdı, qeyri-ciddi oldu?! Mənim bir üzüm var, ikinci üzüm yoxdur. Niyə İsa Qəmbər Əbülfəz Elçibəyə xəyanət etdi, Əli Kərimli evin içində aşının içinə zəhər tökdürüb öldürdü? Bu gün Bakı şəhər prokurorluğunda cinayət işi qaldırılıb, hazırdır. Nə vaxt istəsələr içəri qoyacaqlar. Cəmil Həsənliyə Hafiz Hacıyev dedi ki, qızını erməniyə versin? Mən deyirəm ki, bu gün Amerikada yaşayan ermənilərin əlində alətə çevrilsin? Mənə də Amerikadan, xarici dövlətlərdən təkliflər gəlir ki, partiyamız onlarla işləsin, ayda 100-200 min qrant versinlər. Mən bunu ala bilmərəm? Bilərəm amma buna getmirəm. Onu alan adamlar dövlətə xəyanət edirlər. Hafiz Hacıyev deyir ki, İsa Qəmbər Gürcüstanda hoteldə 333-cü otaqda erməni diasporasının başçısının müavini ilə nəyə görüşürsən?! Çıxsın desin, yalandır.

Hafiz Hacıyev: " Mən bir ideoloji bombayam. Hara düşsəm, oranı dağıdıram."
Nizami rayon təşkilatının fəalları müsavatçılar dedilər ki, İsa Qəmbər sən satqınsan, ailə partiyası qurubsan, "maşennik"liklə məşğulsan. Bunu da Hafiz Hacıyev dedi?! Mən deyirəm ki, ərazi bütövlüyümüz, müstəqilliyimiz bizim üçün əbədidir. Əlbəttə mənim barəmdə biri deyəcək avaradır, qeyri-səmimidir, Jirinovskidir. Jirinovski Rusiyada çox cəsarətli bir insandır. Millətçidir, millətini sevən adamdır. Bu gün Xədicə İsmayıldan başqa jurnalist yoxdur, onu milli qəhrəman etmisiz? Axı bu adam bar qadını idi. Onun əlimizdə kasetləri var. Əgər qoya bilirsizsə, verim aparın youtube-da qoyun. Görün, adam nə yuvalardan çıxıb. Adam xəcalət çəkir ki, millətimin qadını hansı yollara gedir. Və ya Leyla Yunus kim olub? Anası erməni idi. Onu necə milli qəhrəmana çevirirlər? Niyə Əli Kərimliylə Cəmil Həsənli onu milli qəhrəman edir?! Xarici səfirlərlə görüşəndə mənə də deyirlər müdafiə et. Deyirəm, kimi müdafiə edim, millətə xəyanət edəni? Bu mümkün deyil. Ona görə də mən satqınlıq edə bilmərəm. Həyatımı Azərbaycan xalqına sərf etmiş bir insanam.
Rəhmətlik Əbülfəz Elçibəyin vəsiyyəti idi ki, kim olur olsun dövlətin müstəqilliyinin qorunması üçün əlimizdən gələni edin. Buna görə də İlham Əliyev prezidentdir, ona xidmət etməyim o demək deyil ki, mən ona xidmət edirəm. Mən dövlətçiliyə xidmət edirəm. İlham Əliyevə sadiq olduğuma görə hakimiyyətin daxilində olan məmurlar az qalırlar məni öldürsünlər. Bu işlər pulla ölçülmür. Qəddafinin də pulu çox idi amma 15 ton qızılı səhrada qaldı. Bizim pulumuz başımızdır, beynimizdir.
Bu günlərdə mənə bir məlumat çatdırdılar ki, bir jurnalist gələcək onu qəbul etməyim. Mənim üçün çox maraqlı məlumat idi. Dedilər ki, o jurnalistdə aparat var, səni öldürə bilər. Müəyyən adamlarla bu barədə məsləhətləşdim və bir filmi xatırladım. Orada "ruçka" ilə avtomat alıb, böyük bir siyasi xadimi öldürmüşdülər. Həmin jurnalist hal-hazırda həbsdədir və mənə gələn həmin məlumatlar təsdiq olundu. Məni hər an öldürməyə cəhd edirlər.
- Bəs o jurnalisti kim sifarişlə yanınıza göndərmək istəyirdi? Bilirsiniz?
- Bəli, bilirik amma bunu mediaya deyə bilmərik. Mediyaya nə lazımdırsa, mən onları sizə dedim. Hər şeyi bilirik amma bu sirrdir.
- Siyasi fəaliyyətinizdə ən böyük uğurunuz nədir və başqa uğurlarınız barədə nə deyə bilərsiz?
- Hələki əsas məqsədimə nail olmamışam. Məqsədimə nail olmadığım üçün uğur qazandığımı deməyə ehtiyac yoxdur.
- Bəs məqsədiniz nədir?
-Məqsədim ölkəyə rəhbərlik etməkdir.Bu məqsədimə görə də üç dəfə prezidentliyə namizədliyimi verdim. Bu arzuyla mübarizə aparırıq, siyasətçinin arzusu hakimiyyətə gəlməkdir. Üç namizədliyimdə də prezident olmamışam, mənim qardaşım (İlham Əliyev-red) prezident olub. Amma bu istiqamətdə çabalarım davam edəcək. Ömrümün ən ağıllı mərhələsindəyəm, bu yaşda da prezident olmaq arzumu reallaşdırmağa çalışacağam. Xalqımın xidmətçisi olandan sonra mən xoşbəxt olacam. Prezident, baş nazir ola bilərəm amma xalqımın xidmətçisi olub, nəsə bir iş görsəm onda xoşbəxt olaram. Düzdür, nazir olmuşam. Xalqıma çox böyük xidmət göstərmişəm.Balıq Sənayesi naziri olanda Azərbaycanı dünyada tanıtmışam.Bu gün mənim şahidlərim də var. Məsələn, mən BMT-də çıxış edən, Vaşinqtonda Hillari Klintonla söhbət edən siyasətçi olmuşam. Bütün bunlara Hafiz Paşayev, Həsən Həsənov, Ceyhun Mollazadə şahid olub. Hafiz Hacıyev senatın, konkresin üzvləri ilə söhbət edən bir insan olub,amma Hafiz Hacıyevi istəməyən qüvvələr, paxıl insanlar çoxdur. Bəlkə də əynimdəki bu paltarım belə mənə düşməndir. Ona görə mən deyə bilmərəm ki, xoşbəxtəm. Siyasətdə istədiyimə nail olmamışam, məqsədimə nail olana qədər də mübarizəmi davam etdirəcəm. Ancaq ölüm mənim siyasi mübarizəmi məhdudlaşdırar, o da Allahın əlindədir.
Hafiz Hacıyev: "Əlbəttə mənim barəmdə biri deyəcək avaradır, qeyri-səmimidir".
- Hafiz bəy, son prezident seçkilərində müxalifəti ən kəskin şəkildə söyərək və iqtidarı tərifləyərək seçicilərdən səs istəyirdiniz. Bu necə olur?
- Siz çox yalnış fikirləşirsiniz. Mənim çıxışlarımın video-kasetləri də durur. Sizin iştirakınızla bir daha baxa bilərik. Mən heç vaxt hakimiyyəti orada tərifləmədim. Əksinə bu günkü baş nazirin müavini Əli Əhmədovun üzünə dedim ki, sizin hakimiyyətdəkilər saxtadır, xəyanətkardır. Hansı ki, orada Cəmil Həsənlinin başına "butulka" vuranda erməni mətbuatında gedən yalançı faktları xalqa həqiqət kimi sırımaq istədi. Mən heç vaxt hakimiyyəti tərifləməmişəm. Heç vaxt xalqı çağırmamışam ki, hakimiyyətə səs verin. Əksinə mən demişəm ki, biz 4 milyon yarım Qərbi azərbaycanlıyıq, mənə səs verin. Onu deyənlər prezident seçkilərindəki məsələləri ardıcıl izləməyiblər. Müxalifət deyəndə siz kimləri nəzərdə tutursunuz? Orada müxalifət yox idi. Cəmil Həsənliyə o faktları verənlər hakimiyyətin içində olanlar idi. Cəmil Həsənli hardan bilirdi ki, filankəsin bankda hesabı var? Mən orada dedim ki, əsas iki namizəd var: ya qardaşım İlham Əliyev,ya da mən Hafiz Hacıyev.Mən bunu dedim amma demədim ki, ay millət gəlin hakimiyyətə səs verin. Onda bəs mənə deməzlər ki, Hafiz Hacıyev niyə sən namizədliyini vermisən? Bu qətiyyən yalnış fikirdir. Mən bunları faktlarla sübut da edə bilərəm.
- Müxalifəti söyməyiniz və onlara qarşı antipatiyanız təbii qəbul oluna bilər. Onlarda sizin rəqibinizdir. Amma iqtidarı bütün aspektlərdə dəstəkləyərək seçicidən səs istəmək düzgündür, sizcə?
- Mən heç kəsi söyməmişəm sadəcə tənqid etmişəm. Mən orada heç kimin anasını, bacısını, qızını söymədim. Mən orada dedim ki, Cəmil Həsənli sən get, səni bura göndərən satqın Əli Kərimli və İsa Qəmbər gəlsin. Demədim ki, İsa Qəmbər səninlə Çırağan hotelində bir yerdə qalmışıq. Bunu mən birinci seçkilərdə demişəm. Bizim eşq macəralarımız İsa Qəmbərin namussuzluğu ucbatından tarixin arxivində qaldı. Mən heç kimin ailəsini söymədim. Çox təəssüf ki, bizim müxalifət tənqidlə söyüşü ayıra bilmirlər. Tənqidi söyüş kimi qəbul edirlər. Bir dəfə mitinqdə jurnalist mənə sual verdi ki, siz niyə Əli Kərimli barədə belə danışırsınız? Dedim ki, xanım mən olanı deyirəm. Siz narahat olmayın, biz hər şeyi sübut etməyə hazırıq. Onlar Hafiz Hacıyevi siyasətdə nüfuzdan salmaq üçün bütün variantlardan istifadə edirlər. Məsələn Mövlud Çavuşoğlu Avropa Şurası Parlament Assambleyasının sədri olanda onunla böyük bir görüşümüz keçirildi. Onunla çox yaxın münasibətlərimiz var. İsa Qəmbər də mənim yanımda oturmuşdu. Bu ərəfədə Əli Kərimli gəldi. Dedi ki, nə qədər ki Hafiz Hacıyev burdadır, mən görüşə girməyəcəyəm. Onlar qorxurlar, cəsarət edə bilmirlər.

Hafiz Hacıyev: "Mən orada heç kimin anasını, bacısını, qızını söymədim”.
Gözümü qırpmadan Əli Kərimliyə deyirəm ki, sən pozğun adamsan. Səndən Azərbaycanın prezidenti ola bilməz. Azərbaycan xalqı qeyrətli xalqdır. Onun prezident olması Azərbaycan xalqına təhqir olar. Mən onun özünə də başa salmışam ki, sən busan. Get ağlını başına topla. Bu söyüş deyil, bu olanı deməkdir. Onlar bunu söyüş kimi qəbul etməsinlər, desinlər ki , Hafiz Hacıyev bizi tənqid etdi.Mən Cəmil Həsənliyə ağır söz demədim,sadəcə dedim ki, Cəmil Həsənli qızını erməniyə ərə vermisən. Səndən ölkənin prezidenti ola bilməz. O da mənə dedi ki, mən qızımı erməniyə ərə verib, bir xristianı müsəlman etmişəm. Guya müsəlman yox idi, bir xristian müsəlman olmasaydı dünya dağıladacaqdı. Mən onun özünə, qızına söymədim amma haqlı olaraq tənqid etmişəm. Dövləti qorumaq elə-belə məsələ deyil. Çoxları bunu elə-belə bilir. Görürsüz üstümüzə quzğunlar tökülüb. Amerika, Fransa,Rusiya, Avropa ideologiyası birləşib Azərbaycanı boğmaq istəyirlər.B ütün bunların qarşısını almaq lazımdır. Onlar, Cəmil Həsənli, İsa Qəmbər, Arif Hacılı kimi insanlardan yəni satqınlar istifadə edirlər. Leyla Yunus, Xədicə İsmayıl nəyə görə tutuldu? Rauf Mirqədirovun məhkəməsində görəcəksiniz ortalığa nələr çıxacaq. Azərbaycanın hərbi hissələrinin harda yerləşməsi barədə erməni kəşfiyyatçısına məlaumat versin, sonrada desin ki, bağışlayın səhv etmişik?! Siyasət qurban tələb edir və Hafiz Hacıyev qurban ola bilər. Amma mən dövlətçilik üçün qurban ola bilərəm. Qoy Cəmil Həsənli desin ki, Hafiz Hacıyev məni söydü, Əli Kərimli anadan olandan onu söymüşəm və hələ söyəcəm. Ona görə ki onda namus, qeyrət yoxdur, o əqidənin yiyəsidir. Azərbaycan televeziyasında da seçkilər ərəfəsində dedim ki, İsa Qəmbər qeyrətsizdir. Bu vaxta qədər Hafz Hacıyevin dediklərinin heç biri səhv çıxmayıb. Mən 14 ildir həqiqətləri deyirəm. Müsavat niyə dağıldı? Ona görə ki, orada əqidə yox idi. Orada satqınlıq var idi. Bəziləri millətə sadıq insanları idi və gördülər, ki bu satqınlıqla məşğul olur. Mən Sülhəddin Əkbərlə bir yerdə həbsdə olmuşam. Onda o dedi ki, bu Rusiya kəşfiyyatından pul alır amma bizə də vermir. İsa Qəmbər dedi ki, Lalə Şövkət agentdir. Lalə Şövkət də hər şeyi açıb dedi ki, sən məndən qabaq Rusiya kəşfiyyatına agentlik edirsən. İndi niyə bunların hamısın mənim dilimdən eşidirlər? Bunlar hamısı centlimen, Hafiz Hacıyev də Jirinovski olub. Deyirəm, lap yaxşı edirəm, əlimin içindən gəlir. Niyə onlar yalan danışırlar?! Fərhad Əliyevi də mən məhv etdim. 9 il yatıb çıxandan sonra indi koalisiya yaradıblar.Azərbaycandan Avropa dövlətlərində didərgin düşmüş insanlar var.Heydər Babayevi də hakimiyyətdən mən qovdum.Heydər Babayev erməniləri yığıb, həyat yoldaşına da deyir ki, mən sənin hesabına burada oturmuşam. Niyə demir ki, mən burada Heydər Əliyevin çörəyini yeyirəm? Mənim qardaşım, (İlham Əliyev-red) prezident olsa da, olmasa da mən həmişə onu müdafiə edəcəm.
Hafiz Hacıyev: "Bizim eşq macəralarımız İsa Qəmbərin ucbatından tarixin arxivində qaldı”.
Bu gün Hafiz Hacıyevi nüfuzdan salmaq üçün birləşən qüvvələr heçnə edə bilməyəcəklər. Elə sağdan-soldan vururlar amma görürlər ki, xeyri yoxdur. Onlardan fərqli olaraq Hafiz Hacıyev tank kimi, dağıda-dağıda gedir. İsa Qəmbəri dağıtdım, Cəmil Həsənlini çoxdan dağıtmışam, Əli Kərimli heç yoxdur. İndi də Azərbaycanda özlərinə bir şəbəkə yaratmaq üçün adam axtarırlar. Tapsalar da üstərinə gedəcəyik. Hansısa deputatla məmurun quda olub prezidentə xəyanət etdiklərini deyirəm. Məni kim tərifləyib sevər? Bunu Hafiz Hacıyevdən başqa deyən yoxdur. Mən də bunu millətim, dövlətim naminə demişəm, deyəcəm. Yenə qeyd edirəm ki, mən heç kəsi söyməmişəm. Sadəcə olaraq hər zaman həqiqətləri deyirəm. Mən nə İsa Qəmbərəm, nə Əli Kərimliyəm. Kişi kimi yaşayıb, kişi kimi də öləcəm.
- Siz davamlı olaraq prezident İlham Əliyevin siyasi kursunu dəstəklədiyinizi iddia edirsiniz. Buna baxmayaraq bir çox iri çaplı məmurlara qarşı ciddi ittihamlarla çıxış edirsiniz. İlham Əliyevin siyasi kursunu dəstəkləmək və onun komandasına qarşı çıxmaq ziddiyyət deyil?
-Mən heç vaxt İlham Əliyevin siyasi kursu barədə yaxşı və ya pis heçnə deməmişəm. Heç bir yerdə də bunu göstərən sübut ola bilməz. Mən İlham Əliyevin özünün müdafiəçisiyəm.Mən ona, o da mənə qardaş demişik. Siyasi kursunu İlham Əliyevin özü müəyyənləşdirir. Mənim İlham Əliyevdən asılacağım yoxdur, onun da məndən asılacağı yoxdur. Gün ərzində yediyim bir tikə çörək mənə bəsdir. Biznesim də yoxdur. Mən heç vaxt siyasi kursu müdafiə etməmişəm amma onun ərtafında olan, xalqa xəyanət edən məmurları tənqid etmişəm və bu gündə tənqid edirəm. Elə ona görə də mənə hakimiyyətdə yer vermirlər. Bilirlər ki, sözü üzə deyənəm, onlarla yola getməyəcəm. Hafiz Hacıyev haqlı olaraq deyir ki, ay nazir, komitə sədri sənin qızın Norveçdə barda nə gəzir? O biri nazirin oğlu da onun şəkillərin şəkir? Mən İlham Əliyevi həyatım qədər, hətta özümdən də çox istəyirəm. Mən onu həmişə müdafiə edəcəm. Bu mənim öz əməlim, əqidəm, düşüncələrimdir, amma onun siyasi kursunu dəstəklədiyimi heç vaxt deməmişəm. Çünki bu onun öz işidir. Sabah hakimiyyətdə Hafiz Hacıyev olacaq, onunda başqa siyasi kurs olacaq. İndi bundan da təşvişə düşən məmurlar, mətbuat nümayəndələri, siyasi partiyaların funksionerləri var. Əllərinin altında ermənilərdən aldıqları kapitallar var. O kapitallar hesabına bütün günü Hafiz Hacıyevə qara yaxırlar. Guya çalışırlar ki, məni əqidəmdən döndərsinlər. Necə olur ki Rəsul Quliyev deyir ki, əgər biz hakimiyyətə gəlmək istəyiriksə, ya Hafiz Hacıyev bizimlə olmalıdır, ya da öldürülməlidir. Deməli Hafiz Hacıyev varsa, bu hakimiyyətə gələ bilməz. Ona görə gələ bilməz ki, dədəsinin erməni olduğunu Hafiz Hacıyev ortalığa qoyub. O Hafis Hacıyevə "sağ ol"deyə bilməz. Ona görə də Hafiz Hacıyevi heç kəs qınaya bilməz. Yaxın vaxtlarda çalışacağam ki, bütün mediya nümayəndələri üçün mətbuat konfransı keçirdim. Orada jurnalistlərin mənə verdikləri suallara tam açıq cavab vermək istəyirəm. Görək bizim hörmətli media nümayəndələri söyüşlə təhqiri, tənqidi və yaxud da İlham Əliyevin özünə olan münasibətlə onun siyasi kursuna olan münasibəti qarışdırmaqlarının nə yolu var?! Yaxın günlərdə mənim Türkiyə telekanallarında çıxışlarım olacaq. Orada da bu məsələlərə toxunacam. Mən imkan verməyəcəm ki, Azərbaycanda Əli Kərimli, Cəmil Həsənli, İsa Qəmbər və onlara kömək edən xarici qüvvələr hakimiyyətə gəlsinlər.

Hafiz Hacıyev: "Bunlar hamısı centlimen, Hafiz Hacıyev də Jirinovski olub. Deyirəm, lap yaxşı edirəm, əlimin içindən gəlir”.
- Əbülfəz Elçibəyin sağlığında Əli Kərimliyə qarşı açıq şəkildə və çox ciddi ittihamlarla çıxış edən ilk siyasətçilərdən biri siz olmuşdunuz. Elçibəydən Əli Kərimlini yanından uzaqlaşdırmağı istəmişdiniz. Niyə məhz Əli Kərimli?
- Bəli, o vaxtlar Əli Kərimli çox cavan bir kadr idi. Hələ ağzından süd iyi gəlirdi. Prezident aparatında şöbə müdiri olanda mən Əbülfəz Elçibəyə dedim ki, dövlət katibi vəzifəsi elə-belə məsələ deyil, bu da uşaqdır. Özüdə ayağı sürüşkən uşaqdır. Bunları mən onun üzünə demişəm. Prezident aparatında bizim böyük mübahisəmiz oldu və mən orada dedim ki, Əli Kərimli hakimiyyətin daxilində "yurd” yaradıb. Hakimiyyəti devirməkdən ötrü ikinci bir partiya yaradıb. Amma çox təəssüf ki, həmin ərəfədə mən Amerikaya getdim və orada olanda eşitdim ki, artıq Əli Kərimlini Dövlət Katibi qoymaq üçün Əbülfəz Elçibəyə sırıyblar. Mən ondan sonra da fikrimin üstündə qaldım. Əli Kərimov dövlət katibi olanda mən onun kabinetində üzün bir dəfə də olsun görmədim. Sadəcə olaraq dövlət bağında qalırdıq. Mən də nazir olaraq onun zövqünə uyğun olaraq nə lazım idi təmin edirdim. O da sağ olsun bizi hər zaman nə cür lazımdır təmin edirdi. Mən bunu həmişə demişəm və deyəcəm. Ona görə mən sözümdən qaçan kişi deyiləm. Əli Kərimli ən axırda da Elçibəyə xəyanət etdi, zəhər verib öldürdü. Bakı şəhər prokurorunun mühüm işlər üzrə müstəntiqi Vaqif müəllimdən də soruşa bilərsiniz. Əli Kərimlinin üzünə 112 nəfər adam durub. Onun qardaşı, qardaşı oğlu deyir ki, bəy gəlib dedib ki, kusuram. Onun aşının içinə zəhər qatıblar. Zəhərin də növləri var, biri beyinə, biri ürəyə vurur. Qənimət Zahid də bunu səmimi etiraf etdi. Dedi ki, mən İrandan gələndə birinci dəfə buraxmadılar. Sonra İran kəşfiyyatçısı Əli Kərimlinin əli ilə o zəhəri ötürdü. Onu da bir qadın elədi. Həmin qadın da bu gün Azərbaycandan qaçıb. Bu iş mənim iddiam əsasında qaldırılıb. Ona görə mən razı olmaram ki, Azərbaycan mənəviyyatını qoruya bilməyən biri hakimiyyətə gəlsin. Mən ömrümün axırına qədər mübarizə aparmaqdan ötrü yaradılmış bir insanam. Bu insan Elçibəyə zəhər verib öldürsün, hakimiyyətimiz dövründə hakimiyyəti devirsin və indi də gəlsin prezident olsun? Bu mümkün olan iş deyil. Qərbpərəstlər, Avropapərəstər onu ortalığa atıblar ki, Azərbaycanı qarışdırsınlar. Ona da nail ola bilməyəcəklər. Dağlıq Qarabağ torpaqlarının verilməsində də onalrın xidmətləri olub. Bunlar istintaqla sübut olunub. Mən prezidentin yanında olan adamam və bütün bunları bilə-bilə niyə deməməliyəm?! Ermənilər İsa Qəmbər, Əli Kərimlinin hakimiyyətə gəlməyini istəyirlər. Çünki bunlar deyəcəklər ki, Dağlıq Qarabağın müstəqillini tanıyırıq və sizə veririk. İlham Əliyevi də ona görə xarici dövlətlər sıxırlar. Prezident müstəqil siyasət yeridir və deyir ki, Qarabağın müstəqilliyini tanımayacam. Onlarda deyirlər ki, yox sən get, Əli Kərimli, İsa Qəmbər bizə söz veriblər ki, Qarabağın müstəqilliyini təmin edəcəyik. Mən də bunların bu satqınlığını necə deməyə bilərəm? Bir milyon qaçqınımız var. Niyə onlar bir dəfə də olsun Danosdan tələb etmirlər ki, gəlin Xocalı soyqırımını tanıyaq? Niyə Roma papası qondarma "soyqırım"ı tanıyanda bunlar bir kəlmə də belə danışmadılar?! Ölkəyə siyasi minalar basdırıblar və istəyirlər ki, Avropa oyunlar ərəfəsində o minaları partlatsınlar. Onlar artıq Azərbaycanda çat yerin qoyublar. İnda biz də o çat olan yerləri necə deyərlər sementləməliyik ki, dövlətimizi qoruyub saxlayaq. Bütün bu təhlükələrin qarşısında bir çəpər kimi dayanmış Hafiz Hacıyevi onlar qəbul edə bilməzlər və çalışırlar ki, bütün variantlarla məni vursunlar. Mən sevinirəm ki, bəzi siyasətçilər məndən misal çəkirlər ki, Hafiz Hacıyev elə düz deyib. Partiya sədri mənə zəng vurub deyir ki, biz iclasdaydıq və hamı dedi ki, Hafiz müəllimin dediklərinin hamısı düz çıxdı. Mən də dedim ki, mən deyəndə az qala mənim gözümü çıxardacaqdınız. Bəs mən bilirəm axı nə deyirəm. Mən hər şeyi bilirəm və deyirəm. Amma bunlar hələ indi deyirlər ki, Hafiz Hacıyev düz deyirmiş. İsa Qəmbərovin kabinetinin qarşısında keçirilən mitinq iştirakçılarını da mən öyrətdim? Onlar da mən deyənləri deyirdilər. Deməli gec də olsa milləti maarifləndirmişik. İndi heç kəs onların arxasınca getmək istəmir. Ona görə də ünvanıma kim nə deyir, o məni maraqlandırmır. Mənim əqidəm, siyasətim birdir. Hakimiyyətə gəlmək istəyən qüvvələrin qarşısında mən sipərəm ona görə də, məni söyürlər, tənqid edirlər, ünvanıma olmazın böhtanları atırlar. Amma hakimiyyətdə məni sevən bir-iki nəfər də var. Mən qardaşımı müdafiə edirəm. Sabir Rüstəmxanlını tənqid edən adamı əlbəttə heç kəs sevməyəcək. O tərəfin böyük kapitalı var. Sabah 50 jurnalistin hər birinə ayda 1000 manat verib deyər ki, Hafiz Hacıyevin ünvanına olmazın böhtanları atın. Amma görürlər ki, onunla da mənə bir şey olan deyil. Mən haqq yolundayam.Nə qədər Hafiz Hacıyev var, İlham Əliyevi hakimiyyətdən devirmək mümkün olmayacaq.Silahlı müharibə olsa silahımız da var, topumuz da var. Özümüz öz cəbhəmizi yaradıb öz mübarizəmizi aparacağıq.
Hafiz Hacıyev: "Mən ömrümün axırına qədər mübarizə aparmaqdan ötrü yaradılmış bir insanam”.
-Son çıxışlarınızdan birində Roma papasına qarşı ağır ifadələr işlətdiniz. Hesab edirsiniz ki, bu tipli çıxışların bəhrəsi olur?
- Adını Roma Papası qoyan "alkaş"ın biri qondarma erməni "soyqırımı"nı tanısın və bir dənə də siyasətçi çıxıb heçnə deməsin? Mənim çıxışlarım oldu və bəhrəsini verdi. Məndən sonra Türkiyənin baş naziri çıxış etdi. Türkiyə telekanallarında, mətbuatında mənim adım getdi. Elə bil mən onları ürəkləndirdim. Sonra Oqtay Əsədov və Milli Məclisin nümayəndələri danışdı. Bir cığır var, o cığırı açandan sonra hamı arxanca gəlir. Gördülər ki, Hafiz Hacıyev ç Roma papasının üstünə çox sərt getdi. O xristiandrı, onun müsəlmanlara həmişə antisimpatiyası olub. Sonra bizim hörmətli Şeyximiz o barədə danışdı. Daha sonra hakimiyyətlə olanlar mənim dediklərimi tutuquşu kimi təkrarlamağa başladılar. Baxın mənim uğurum, siyasətim budur. Mən bu siyasəti də axıra qədər aparacağam amma heç kəs məni qardaşımı müdafiə etməkdə qınaya bilməz. Bu mənim şəxsi işimdir və mən dəfələrlə demişəm ki, əgər mənim bu dəsti-xəttim xoşunuza gəlmirsə, qurultayı çağırın məni partiyadan azad edi. Mən buna da hazıram. Çünki siravi vətəndaş kimi də mən qardaşımı (İlham Əliyev-red) müdafiə etməyə hazıram. Mənim bu yolum məni qane edir. Bu mövqeyimə görə məni təhqir də edirlər. Hətta sual da verirlər ki, niyə hakimiyyəti bu qədər qoruyursan? Bu hakimiyyət sənə nə verib? Heç sənə vəzifə də vermirlər. Mən də deyirəm ki, mən vəzifə üstündə deyil, millət uğurunda mübarizə aparıram. Tarix kimin adını necə yazacaq onu görəcəyik. Ammabir şeyi bilirəm ki, xalqımın yanında üzüağam və məni müdafiə edən insanlar da çoxdur.
- Qalmaqalları sevirsiz?
- Bəli, çox sevirəm.
- Bəlkə belə qalmaqallı çıxışlarınızın da səbəbi budur?
- Xeyr, qətiyyən elə deyil. Mən həqiqəti deyirəm, həqiqət həmişə acı olub. Kim onu tənqid edəni sevər? Heç kəs. Millət yaltaq millətdir, gərək onlara sərf edənləri danışasan, onda səni sevəcəklər. Qalmaqal sözünün mənası Azərbaycan leksikasında həqiqəti deməkdir. Mən həmişə düz demişəm. Mən həmişə faktlarla danışıb həqiqəti demişəm. Həqiqəti də deyəndə deyirlər qalmaqallı adamdır. Jirinovskini niyə Rusiyada sevirlər? Çünki o həmişə millətinin xeyrinə danışıb. Özünü zərbə altında qoyub amma millətini sevib. O millətçidir. Mən də millətimi sevirəm. Millətimdən ötrü ölümə getməyə hazıram. Amma bunu hər adam bilmir. Məsələn, Əli Kərimli üçün heç nəyin fərqi yoxdur, amma mən millətçi bir adamam.Mənim qanım bu millətlə yoğrulub.Bu gün küsüm ki, qardaşım mənə vəzifə verməyib? Bu əxlaqsızlıq olar, buna siyasi əxlaqsızlıq, nadanlıq deyərlər.
Hafiz Hacıyev: "Mən qalmaqalları sevirəm”
- Siz özünüzü millətçi hesab edirsiniz, yoxsa liberal?
Ardı var...
GülşənŞƏRİF
NərminəUMUDLU