YAP-da komitə sədri ilə bağlı dartışma - Əli Əhmədovun oğlu haqda xəbər vəziyyəti gərginləşdirib

img

13-05-2015 [12:09]


Hakim Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədovun Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, YAP Səbail rayon təşkilatının sədr əvəzi Şəmsəddin Hacıyevlə bağlı gizli planı ciddi sıxıntıya girib.

Mia.az xəbər verir ki, may ayının 6-da YAP sədrinin müavini Əli Əhmədovun Şəmsəddin Hacıyevin YAP Səbail rayon təşkilatına sədr seçilməsini təmin etmək istəyi müəmmalı şəkildə təxirə salınıb. Seçkinin bu gün-sabah keçiriləcəyi bildirilsə də, hansısa səbəblərdən bu tarixi məxfi saxlamağa çalışırlar.

Mia.az-a veriələn məlumata görə, Ş.Hacıyevlə bağlı planının "dalan"a dirənməsinin səbəbi, onun İqtisad Universitetinin rektoru olarkən, Əli Əhmədovun tələbə oğluna müəllimlər üçün tikilən kooperativ binada 4 otaqlı mənzil bağışlama faktının kütləviləşməsi olub:

 "Bu xəbərin ölkə mətbuatında kütləviləşməsindən sonra YAP-da Şəmsəddin Hacıyevlə bağlı ciddi tərəddüdlər başlayıb. Artıq onun YAP rayon təşkilatının sədri olması bir yana qalsın, payızda keçiriləcək parlament seçkisində YAP tərəfindən dəstəklənməsi də dartışılır. Şəmsəddin Hacıyevin rəqibləri düşünür ki, YAP-ın onu dəstəkləməsi Əli Əhmədovun barəsində yayılan "mənzil qalmaqalı"nın daha "dərinə işləyəcəyi"nə zəmin yaradacaq. Ancaq Şəmsəddin Hacıyevin kürəkəni, YAP Gənclər Birliyinini sədri Seymur Orucovu dəstəkləyən qrup bütün gücü ilə deputata "yol" açmağa çalışırlar. Hansı tərəfin qalib gələcəyini isə indidən demək çətindir...".



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA