12-05-2015 [11:19]
Azərbaycan siyasətinin ən rəngli simalarından biri olan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə müsahibənin birinci hissəsini təqdim edirik.
- Hafiz bəy, həyatınızın ən böyük sevinci nə olub?
- Həyatımın ən böyük sevinci Azərbaycan müstəqillik qazananda olub. Azərbaycanın müstəqilliyi mənim üçün hər şeydən çox sevindirici və üstün olub. Azərbaycanın əziyyətlə müstəqillik qazanmasında xidmətləri olan insan kimi sevincimdən ağlamışam. Sovetlər dönəmində komsomolun birinci katibi olanda, rəhmətlik Elçibəylə tanışlığımdan sonra siyasi karyeramı itirmişəm.
Biz Əbülfəz Qarayevlə, Sahib müəllim və Eldar müəllimlə birlikdə işləmişik. Yəni hamımız həmişə bir yerdə olmuşuq. Kommunist dövrü Azərbaycanın müstəqilliyi üçün qorxulu bir dövr idi. Hamımız kommunist partiyasının üzvü idik. 3 il komsomolun ikinci və birinci katibi işləmişəm. Rayon komsomol komitəsinin təşkilat şöbəsinin müdiri olmuşam. 24-25 yaşında Kənd Təsərrüfatı Akademiyasını bitirdikdən sonra həyatımı gənclərə həsr etmişəm. Kommunist dövründə daha böyük nailiyyətlər əldə edə bilərdim, amma bir dəfə Komsomulun Mərkəzi Komitəsinin plenumuna dəvət etmişdilər. Məni plenum ərəfəsində Əbülfəz Elçibəylə tanış etdilər. Tanış olandan sonra elə bil hər şeyi itirdim. Rəhmətlik Elçibəylə saat yarım söhbət aparandan sonra gələcəyə başqa ümidlə baxırdım. Əvvəllər Sovet dövrünün ənənələri ilə yüksəlmək istəyirdik, amma sonra dedik ki, bizə bu xoşbəxtlik lazım deyil. Məsələn, Rayon Komsomol Komitəsinin katibi işləyəndə gənclərə verməli olacağım 4000 ədəd komsomol biletini Tərtər çayına aparıb atdım. O vaxtlarda Tərtər çayının dayaz yerlərində qadınlar paltar, yun yuyurdular. Orada qadınlar qırmızı komsomol biletini yığıb, Mərkəzi Komitəyə göndərmişdilər. Müslümzadə də Mərkəzi Komitənin birinci katibi idi. Məni Mərkəzi Komitənin bürosuna çağırdılar. Məni partiyadan çıxartmaq, işdən qovmaq istəyirdilər, amma töhmətlə saxladılar. Artıq Sovet hökümətinin dağılması üçün bütün vasitələrə əl atırdıq.

Müstəqillik əldə edəndən sonra əziyyətimizin bəhrəsini gördük. Mənim bu gün apardığım mübarizə də belədir. Əziyyət çəkib qazandığımız müstəqillik dövrünü qoruyub saxlayaq. İndi Azərbaycanda bəzi məmurlar dağıdırlar, talan edirlər. Mən buna qarşı çıxıram. Üç dəfə dəfə prezidentliyə namizəd olmuş böyük partiyanın sədri Hafiz Hacıyev heç nə istəmir. Sadəcə Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun, millətimizə xidmət edək. Biz bunu edə bilirikmi? Bilmirik. Bu gün hakimiyyətə qoyduqlarımızın əksəriyyəti ermənilər çıxır. Məsələn, Bayraq Meydanının direktorunun ora təyin edəndə anasının erməni olmasını bilmirdilər? Bəyəm onu mənim qardaşıma, prezidentə təqdim edəndə bilmirdilər ki, anası ermənidir? Həmin adama indi niyə demirlər ki, bizi aldatmısan. Bu gün Dağlıq Qarabağın azad olunması uğrunda bol-bol danışan məmurların əksəriyyətinin anası, arvadı ermənidir. Bu gün siyasətdə heç kim düz söz demək istəmir. Ona görə də gəlin içimizdə olan münaqişələri, umu-küsülüləri, hansısa rüşvətxor məmura görə inciklikləri kənara qoyaq. Çox təəssüf ki, Azərbaycan dövlətinin içində naxələf insanlar çoxdur. Beş ay bundan öncə demişdim ki, mart ayından Azərbaycanda hakimiyyətə çox kəskin təzyiqlər olacaq, dövlət çevirilişinə cəhdlər olacaq. Hakimiyyətdən bir nəfər məndən soruşmadı ki, sən bunu haradan bilirsən? Amma təəssüf ki, bir neçə gün öncə hörmətli Novruz müəllim bu barədə hər şeyi açdı.
-Doğrudan, bəs siz haradan bilirdiniz?
- Mənim ABŞ-da çox yaxın dostum var. Keçmiş İran şahının oğlu mənim dostumdur. Bizim çox yaxın təmaslarımız var. Bunu o vaxtı BMT-də səfir olanda Həsən Həsənov, hörmətli dostum Hafiz Paşayev çox gözəl bilirdi. Aparılan xarici siyasətdə böyük səhvlərə yol verilib və indi istəyirlər ki, onu bir nəfərin üzərinə atsınlar. Məndə dəfələrlə demişəm ki, qardaşım İlham Əliyevin təklənməsinə imkan verməyəcəm. Sizə açıq deyim ki, bizim indiki müstəqilliyimiz təhlükə altındadır. Bu müstəqilliyi itirə də, möhkəmləndirə də bilərik. Ölkə prezidentini devirmək üçün ölkədəki daxili qüvvələrlə xarici qüvvələr birləşiblər.
- Sizcə, hansının ehtimalı daha çoxdur? Ölkə müstəqilliyinin itirilməsi, yoxsa möhkəmləndirilməsi?
- Fikrimcə, möhkəmləndirilməsi ehtimalı daha çoxdur amma bunun da yolları var. Azərbaycan hakimiyyətində ciddi şəkildə iqtisadi, siyasi, kadr islahatlarına başlanılmalıdır. Biz bunu həyata keçirə bilsək, Azərbaycan siyasi zəlzələdən qoruna biləcək. Ancaq indiki kimi üzə bir söz deyib, arxada başqa cür işləyən məmurlarla heç hara gedə bilməyəcəyik. Onlar artıq köhnəliblər, kifləniblər. Su bir yerdə qalanda iylənir. Mən bunu deyəndə gedib mənim qardaşıma (İlham Əliyevi nəzərdə tutur-red) deyirlər ki, Hafiz Hacıyev vəzifə istəyir, ona görə bizi tənqid edir. Qətiyyən belə deyil. Hafiz Hacıyev nazir olub, bu gün böyük bir partiyanın sədridir, üç dəfə prezidentliyə namizəd olmuş bir şəxsdir. Dünyada pisə, yaxşıya tanınmış bir insandır. Adamı 100 nəfər sevər, 100 nəfər sevməz.

Mənim vurduğum İsa Qəmbər, Əli Kərimli və onların tərəfdarları məni sevərlərmi? Təbii ki, sevməzlər. Hakimiyyətdə ermənipərəst qüvvələr məni tənqid edirlər, amma mən öz mövqeyimi qoruyub saxlayan insanam. Mən siyasətlə məşğul olanda İsa Qəmbərin heç ayaqqabısı yox idi. Əli Kərimli burnu fırtıqlı bir uşaq idi. Amma mən 24 yaşımda Sovetlər dönəmində komsomolun birinci katibi işləmişəm. Əgər biz ciddi islahatlara başlasaq, Azərbaycan düşdüyü bu problemdən çıxa bilər və əziz qardaşıma (İlham Əliyevi nəzərdə tutur -red) çatdırıram ki, buna getmək lazımdır. İlham Əliyevin ətrafında olanların əksəriyyəti orada-burada deyir ki, biz nə edək, hamısını edən budur. Başlarının üstündə İlham Əliyevin şəklidir. Göstərib deyirlər ki, hər şeyi edən odur...
Bizim Nərimanov rayon təşkilatının sədri çox ziyalı, şairə bir xanımdır. Məhbubə xanım İlham Əliyev, Heydər Əliyev barədə bir kitab yazıb. Bir məmurun yanına gedəndə məmur Məhbubə xanımı danlamağa başlayıb ki, siz niyə İlham Əliyev, Heydər Əliyevi tərifləyirsiniz. Onlar ölkəni dağıdıblar. Məmurdur, kresloda oturub, nazirdir, bu cür sözü işlədir. Bu gün bizim müstəqilliyimizi laxladan indiki hakimiyyətdə olan səriştəsiz, ancaq pul güdən məmurlardır. Onlar hər axşam ciblərində evlərinə 50-100 min aparmayanda arvadları evə buraxmırlar. Bunu cəsarətlə deyirəm. Bu gün hakimiyyətdə olan nazirin hesabına deputat olub, quda olan insanlar İlham Əliyevə xəyanət edirlər. Ölkədə böyük bir ədalətsizlik var və ədalətsizlik olan yerdə heç vaxt xeyir-bərəkət olmaz. Bu gün Azərbaycan müstəqilliyinin təhlükədə olduğunu cənab prezident İlham Əliyev də deyib.

-Dediniz ki, İlham Əliyev də ölkə müstəqilliyinin təhlükədə olduğunu bildirib. Əgər prezident də bu təhlükəni hiss edibsə, nə üçün islahatlar aparmır?
- Bu çox çətin sualdır. Həqiqətən bu hamımız üçün möcüzəli bir işdir. Prezident açıq şəkildə dedi ki, bizə qarşı ciddi qarayaxmalar, anti-Azərbaycan kampaniyaları aparılır. Bunun nəticəsi isə dövlət çevirilişi ilə nəticələnir. Xaricilər işi birinci ideoloji ilə qururlar. Amerika, Avropa heç vaxt silah götürmür. Məsələn, Rusiyanı ideologiya ilə diz çökdürdü. Beyin müharibəsi gedir. Artıq o beyin müharibəsi bizim üzərimizdə qurulub və onunda Azərbaycanda icraçıları var. Məsələn, Cəmil Həsənlinin nəvəsi ermənidəndir. Cəmil özü də dedi ki, bir xristianı müsəlman etmişəm. Qızının qaynatası ermənidir və dünya bankında çox səlahiyyətli bir şəxsdir. Azərbaycanda hakimiyyətdən qovulmuş rüşvətxor məmurların əksəriyyəti bu gün qaçıb xaricdə məskunlaşır. "Quska" son günlərdə dedi ki, biz gəlirik, ürəyinizi buz kimi saxlayın. Onun arasından 10 gün keçəndən sonra hörmətli Novruz müəllim hər şeyi açıb dedi. Eyni zamanda Rusiya bizə başqa cür təzyiq göstərir. Dağlıq Qarabağda qondarma bir qurum "seçki" keçirir və Rusiyadan olan nümayəndə heyəti BMT-yə müraciət edir ki, Dağlıq Qarabağda keçirilən "seçki"nin nəticələri tanınsın. Bəs biz niyə Rusiyaya qarşı fikir bildirmirik? Dağlıq Qarabağı əlimizdən alıb ermənilərə verən, Xocalı soyqırımını törədən, erməni genosidini tanıyan Rusiya deyilmi? Amma biz bəzi Avropa, Qərb dövlətlərinin üstünə düşmüşük.
İlham Əliyev hər şeyi çox gözəl bilir, amma ətrafında olan insanlar imkan vermir. Bu yaxınlarda saytlarda oxudum, azərbaycanlı məmurlara qarşı sanksiyalar qoymaq istəyirlər. Buna şəraiti özləri yaradırlar. Məmur tanıyıram ki, bu gün Ermənistanda Sevan gölünün qırağında tur bazalar salıb. Dünya o dünyadır ki, artıq qapalı heçnə yoxdur. Azərbaycanda müxalifətin edə bilmədiyini məmurlar edir. Hadı Rəcəbli çıxıb deyir ki, müəllimlər getsin nökərçilik etsin. Mitinqlərin genişlənən ərəfəsində müəllim tayfasını prezidentin üstünə qaldırır. Bundan böyük nə xəyanət ola bilər? Vicdanınız olsun. Əməlinizlə sözünüz bir-birinə tuş gəlsin. O vaxtı rəhmətlik Heydər Əliyev hakimiyyətə qayıdanda ayağını Milli Məclisdə yerə döyənlərin başında Hadı Rəcəbli dururdu.
Məmurlar tanıyıram ki, prezidentə söyürlər. Ölkədə bu cür haqsızlıqlar olanda hamı da deyir ki, prezident hara baxır. Deyən yoxdur baş nazir, baş nazirin müavinləri, nazirlər nə işlə məşğuldur? Hamı bir nəfərdən yapışıb. Bizim məmurlar niyə xəyanət edirlər? Çünki hamısının pulları xarici banklardadır. Novruz Məmmədov ola bilər qorxub deyə bilmir bunu, amma mən deyirəm.

Məmuru çağırıb deyirlər ki, bankımızda 1 milyardın var. Prezidentinə, Azərbaycana xəyanət elə, sənin pulunun başını bağlamayaq. Onlarda pulu hər şeydən üstün tuturlar, gəlib Azərbaycan dövlətinə xəyanət edirlər. Məsələn, əmim oğlu Bəxtiyar Hacıyev indi Amerikada Hillari Klintonun seçki qərargahının üzvüdür. Ona burada iş vermək olmazdımı? Mən dəfələrlə dedim ki, qoy bizə işləsin. İndi də buradan məlumatları toplayıb, orada paylayırlar. Amerika konkresi də Azərbaycan barədə gündə ədalətli və ya ədalətsiz qərarlar çıxardır. Amerikanın keçmiş səfiri Bakıda mənimlə görüşdü. Mənə dedi ki, sən də gəl bizə qoşul. Səbəbini soruşdum. Dedi biz Cəmil Həsənlini Azərbaycanda hakimiyyətə gətirmək istəyirik. Mən bunu yuxarı orqanlara çatdırdım və bildirdim ki, vaxtından əvvəl Azərbaycandan kənarlaşdırılsın. Bundan sonra da çox ciddi faktları ortaya qoyub çalışacam ki, Azərbaycanda milləti ayıldaq.
Azərbaycanlı məmurlar bütün nöqsanları prezidentin üstünə atırlar. Eyni zamanda necə olur, Sabir Rüstəmxanlı qardaşına deyə bilmir ki, prezidentin üzünə baxmaqdan niyə bezar olmusan? Siz Azərbaycanın çörəyini yeyirsiniz. İlham Əliyevin hesabına deputatsınız. Ziya Məmmədov Sabir Rüstəmxanlıya deyə bilmir ki, bu nə oyundur oynayırsınız? Necə olur ki, axşam olanda bir yerə yığılıb bəzi məsələləri hərtərəfli müzakirə edə bilirlər amma bunu deyə bilmir.

Cəmiyyətimizin bilmədiyimi çoxlu məsələlər var. Çox təəssüf ki, televizyamız da şoudan başqa heçnə vermir. İctimai televiziya belə, Hafiz Hacıyevin Con Kerriyə qarşı nə dediyini gəlib çəkmir, bəlkə pul umur? O məndə yoxdur. Azərbaycanın milli mentalitetinə zidd olan göbəyi açıq qızları televizorlarda bütün gün göstərirlər amma Azərbaycanı devirmək istəyən Con Kerriyə qarşı çıxan Hafiz Hacıyevin tədbirini çəkmirlər. İdeoloji mübarizədə bizim televiziyamız ölüb. Bilmirəm kim kimə işləyir. Artıq radikal, Azərbaycandakı satqın, ermənilərlə qohumluq edən qüvvələrə pas vermişik. Azərbaycan çox böyük siyasi sıxıntı yaşayır. Qərb, Avropa dövlətləri artıq bizi yıxırlar. Əli Kərimli, Cəmil Həsənli də deyir ki, biz deyənlər düzdür. Elə Avropa, Qərb dövlətləri yıxır, bizdə ermənilərlə birləşək Azərbaycanı dağıdaq. Müasir Müsavat partiyasından başqa heç bir partiya sədri haqqı-ədaləti ortaya qoymur. Mənə deyirlər ki, sən ölümündən qorxmursan, bu faktları açırsan? Deyirəm ki, mənim işim elə budur. İlham Əliyevə xəyanət edənin başı gedəcək.
Sabir bəyə deyirəm ki, İsa Qəmbərlə, Arif Hacılını yanına salıb, niyə hotelə aparmışdın? Mənə deyir, hoteldə erməni yox idi. Hardan bilirsən? Cəmil Həsənli də qabaqcadan deyirdi ki, mənim qızım erməniyə ərə gedib? Gərək onu da deyəm ki, hansı nazirin bağında yığışıb İlham Əliyevin devirilməsi üçün, Vaşinqtonda nazirlərin balaları yalandan qonaqlıq keçirəndə kimi tərifləyirlər? İstəyirlərsə böyük auditoriyada bunu göstərməyə hazıram. Azərbaycan hakimiyyətinə daxildən zərbələr vurulur. Biz buna imkan verməyəcəyik. Hər halda İlham Əliyev, Mehriban Əliyeva ağıllı insanlardırlar və onlara yaltaqlanan məmurları çox yaxşı bilirlər. Yaxın günlərdə çox ciddi tədbirlər görülməlidir və görüləcək. Görülməsə belə mən o məmurlara qarşı üsyan qaldıracam. Biz hələki müəyyən müddətdə gözləyirik. Olmasa minlərlə insan hər gün İlham Əliyevə xəyanət edən məmurların ofislərinin qarşısında mitinqlər, piketlər keçirib, onları daş-qalaq edəcəyik. Müasir Müsavat partiyası olaraq kim xəyanət edibsə, faktlarla sübut edəcəyik.

- Son bəyanatınızda at üstündə mitinq edəcəyinizi bildirmisiniz. Sizcə bu mümkündür?
- Bəli, biz bunu bildirmişdik. Bildiyiniz kimi, Milli Şura mayın 3-də mitinq elan etmişdi. Bizdə həmin ərəfədə mitinq elan etdik. Bakı İcra Hakimiyyəti Milli Şuraya cavab vermişdi ki, digər tədbir var. Bizə də eyni cavabı verdilər. Yəni nə onlara, nə bizə icazə vermədilər. Bizim Mehdiabaddan gəlməli olacaq 30-40 atımız da hazır idi. Stadion çox böyükdür. Bir tərəfdə onlar, digər tərəfdə biz olacaqdıq. Hakimiyyət daxilində onları çox sevən satqınlar tribunanı onlara verəcəkdilər, mən isə atın üstündə əlimdə mikrafonla öz çıxışlarımı edəcəkdim. Hər şey hazır idi. Biz buna yenə də hazırıq. Bu aksiyaları keçirmək üçün bizim Mitinq Komitəsi çox ciddi hazırlıqla məşğuldur. Mikoafonla bizim məmurların kar qulaqlarını açacam. Məmurlar özlərini yığışdırmasalar at belində nazirliklərinin qabağında qardaşımı (İlham Əliyev-red) qorumaq üçün bütün variantlara əl atacam. Bakı şəhər İcra, Hakimiyyətinin şöbə müdirinə də zəng edib bildirdim ki, qeydiyyatdan keçmiş rəsmi partiyadır, niyə icazə vermirsiniz? Mən İsa Qəmbər, Əli Kərimli deyiləm ki, adamım olmaya. Biz real partiyayıq. Bizim 90 min üzvümüz var. Hafiz Hacıyev komsomolda, kommunist partiyasında yetişmiş bir insandır. Təşkilat işlərini gözəl bilirəm. İcra Hakimiyyətinə demişəm ki, onlara icazə verəndə bizə də icazə verin. Başqa söhbət ola bilməz. Müasir Müsavat partiyası həmişə irəli gedib, dövlətçiliyin qorunmasında həyatını qoyub. Bu gündə o yolu davam etdirir.
- 25 ildən artıqdır ki, siyasətdəsiniz. Özünüzü baş tutmuş, uğurlu siyasətçi hesab edirsiniz, yoxsa əksinə?
- Siyasətdə olduğum üçün özümü uğurlu siyasətçi hesab edirəm. 2018-ci ildə olmasa da 2023-cü ildə özümü xalqın xidmətçisi kimi görmək istəyirəm. Hər halda 2018-ci ildə də mənim qardaşım İlham Əliyev prezident olacaq. Ondan sonra Azərbaycanın prezidenti mən olacam. Apardığım siyasət uğurla nəticələnir. Əkrəm Əylisli ermənilərə bəraət qazandıranda ABŞ senatından bizə müraciət olundu və biz aksiyamızı dayandırdıq. Bu partiya Jirinovskini əhliləşdirən bir partiyadır. Jirinovski Azərbaycanın əleyhinə nələr demədi. Mənim müşavirim və məndən başqa bir nəfər Moskvaya telefon açdımı? Jirinovskinin qərargahına telefon açdımı? Yox. Mənim müşavirim Jirinovskiylə Moskvada dəfələrlə görüşdü və onu başa saldıq. Bura gələndə biz görüşmək istəyirdik, amma hakimiyyət dairələrindən məsləhət gördülər ki, ehtiyac yoxdur.

Partiyanın uğuru odur ki, hakimiyyətin içində olan satqınları sıradan çıxartdı. İsa Qəmbər bu gün hardadır? Bu gün onu sayan varmı? Yoxdur. Sıradan Hafiz Hacıyev çıxartdı. Belə bir satqın adam Məmmədəmin Rəsulzadənin davamçısı ola bilməz. Əbülfəz Elçibəyin hakimiyyətini devirən İsa Qəmbər partiyada qala bilməz. Bir dəfə eyni hakimiyyətdə olduq. Nə etdilər? Biri Elçibəyə zəhər verib öldürdü, birinin də Elçibəyin hakimiyyətinin devirilməsində xüsusi xidmətləri oldu. Əli Kərimlinin kim olması barədə açıqlamaları Hafiz Hacıyev verdi. Milli Məclisdə sübut etdirdim.
Cəmil Həsənlinin qızının erməniyə getməsini bilirdinizmi? Hafiz Hacıyev orda onun başına "butulka" geyindirməsəydi, ona kimi niyə demirdi ki, mənim qızım xristiana gedib. Azərbaycanda məscidlərin nə qədər böyükləri var, hamısından soruşmuşam, heç birindən eşitmədim ki, Cəmil Həsənli kürəkənini sünnət etdirib. Olmayıb, deməli bu ermənidir, xristiandır. Bu hakimiyyətdə olan rüşvətxor məmurlar Hafiz Hacıyevin qədrini bilmirlər. Onların balaları xarici dövlətlərdə ermənilərlə gedib gəzirlər. Müsavat qəzeti bir dəfə yazdı, Hafiz Hacıyevi çağırdılar ki, bunun qarşısını al. Getdim qarşısını aldım, amma indi onlar Müsavat qəzeti ilə "cici-bici" olublar, Hafiz Hacıyev heç yada düşmür. Mən deyirəm ki, qızınız ermənilərlə gəzməsin, Azərbaycan pulunu xaricdə ermənilərə verməyin, övladlarınız ağıllı yol getsin.
Başqa dövlətlərdəki kimi televiziya müstəqil olsaydı, Hafiz Hacıyev 3-4 dəfə televiziyaya çıxsa kifayət edir. Əli Kərimli ilə düşmən olmağım mənə lazımdır? Yox. Bu gün hakimiyyətdə olan rektorlar Cəmil Həsənliyə "paçka-paçka" pul paylayır. Keçən səfər BMM-də ad da çəkdim. İndi adını çəkmək istəmirəm. Mənə zəng etdilər ki, bəsdir, ayıbdır, yaxşı deyil. Bunlar istəyir ki, prezidentin başı xarici basqılara qarışsın, onlar da ölkəni talan etsinlər. Bunu görə bilməyəcəklər. Bir dənə MMC yaradıblar. Rüşvət yığmaqdan ötrü Hacıyev Arifi orada oturdublar. O rüşvətin mexanizmini yaxşı bilir. İndi də Cəmil Həsənli kürəkəni ilə birləşib, ABŞ-da Con Kerrinin otağında hazırlanan layihəsində niyə Milli Şura yer tutur? Niyə onlara 2 milyard pul ayırmaq istəyirlər? Çünki Azərbaycan dövlətini devirmək istəyirlər. Azərbaycanlılar Türkiyədə hotellərdə ermənilərlə gizli görüşlər keçirirlər. Sonra təkzib edirlər ki, hoteldə erməni yox idi. Bəs dəniz qırağında gəzdiyiniz ermənilər kim idi...

Dırnaqarası hörmət etdiyim Sabir müəllim indidə deyir ki, Hafizin fantastikasıdır. Mən millətimin fanatıyam, fantastik deyiləm. Reallığı deyirəm. Hər zaman haqqı-ədaləti demişəm. Məndə başqaları kimi yaltaqlanıb deputat olardım, milyardlarım olardı, "xruşovka" evdə qalmazdım, mənim də Arif Hacılı kimi şəhərin mərkəzində liftlə qalxan 10 otaq evim olardı, satqın olub Çində supermarket bazalar şəbəkəsi yaradardım. Mənim alnım açıqdır, ona görədə mübarizəmi üzüağ aparıram. İlham Əliyevlə qardaşlığımı ermənilərə qurban verə bilmərəm.
- Sizi qeyri-səmimi, davamlı siyasi kursu olmayan, sifarişləri yerinə yetirən siyasətçi olaraq tanıdırlar. Bir çoxları isə sizi Jirinovski ilə eyniləşdirirlər. Opponentləriniz nə qədər haqqlıdır?
Gülşən ŞƏRİF
Nərminə UMUDLU
TRAMP İRAQI HƏDƏLƏDİ: "Əgər onu Baş nazir seçsəniz..."
Ərdoğanla Tramp telefonda danışdı - Nələr müzakirə olunub?
BMT-dən Fars körfəzindəki gərginliyə reaksiya: "Çox narahatıq"
"AVROPA OYANDI" - Almaniya kansleri ABŞ-a belə mesaj verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Özümüzü "Liverpul"la oyuna kökləməliyik" - Qurban Qurbanov
İsrail təyyarəsi Suriyanın əkin sahələrinə naməlum maddə səpib - Test nümunələri götürülüb
Türkiyə ilə Nigeriya arasında doqquz yeni sənəd imzalandı - SİYAHI
Ali Məclisin Aparat rəhbəri vəzifədən azad edilib
"Beşiktaş"ın futbolçusuna ağır itki üz verdi - Atası qəzada öldü
Nigeriya prezidenti Ankarada qarşılanma mərasimində yıxıldı - Hadisə anının VİDEOSU
Azərbaycanla Errmənistan arasında yeni razılaşma olub - Mayeləşdirilmiş qaz və bitumla bağlı
"Qalatasaray"ın həbsdə olan keçmiş vitse-prezidentinn obyektinə silahlı hücum olub - Gecə yarısı
Əli Əsədov hökumət üzvlərini topladı: iclas keçirildi - FOTO
PA-nın vəzifəli şəxslərinin qəbul günü açıqlandı - CƏDVƏL
Şəki Olimpiya Kompleksində ciddi səhvlərə yol verilib - FOTO
Fəhlə daş karxanasında faciəli şəkildə ölüb
Tramp bölgəyə nəhəng hərbi qüvvə göndərdiyini təsdiqlədi: "İranın razılaşmaq istəyir, dəfələrlə zəng ediblər"
NAZİR MƏRKƏZ DİREKTORUNU VƏZİFƏDƏN AZAD ETDİ - Yeni təyinat
Hava ilə bağlı daha bir xəbərdarlıq yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu! - FOTOLAR
MÜŞAVİR və ŞÖBƏ MÜDİRİ NAZİR MÜAVİNLƏRİ TƏYİN EDİLDİ - KTN-də maraqlı dəyişiklik (FOTO, YENİLƏNİB)
Rusiya mediasında Azərbaycan-Türkiyə münasibətlərini pozmağa cəhd edirlər - "Dezinformasiya yayırlar"
Sabah bəzi rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
Məşhur generalın cərrah qardaşı Bakıda marşrutda ölüb
Qəzzada ölənlərin sayı 71662-yə yüksəlib
Bakıda polis əməliyyatı: saxlanılanlar var
Sahibə Qafarova Saqr Qobaşla görüşüb - Müzakirə
İran hökumətinin sözçüsü: "Müharibəyə tam hazırıq"
Nəsimi rayonunda 36 kq narkotik aşkarlanıb
Kəmaləddin Heydərov Xalq artistinin qızını vəzifədən çıxardı - Təranə Qumral istəyinə çatdı
XARİCİ DİLİ ÜZRƏ İMTAHAN MODELİ DƏYİŞİR - DİM-də müzakirə aparılıb
Milli Məclisə “Uşaq hüquqları haqqında” qanun layihəsi daxil olub
İSRAİL və İRAN YENİDƏN "AYAQLANIB": XİN rəsmiləri 3 gün ara ilə Bakıya niyə gəldi? - TƏHLİL
Qaraçuxurda qohumunun evindən 51 min manat oğurlayan qadın tutulub
Elçin Məsiyev UEFA Avropa Liqasına təyinat alıb
Qaz limiti barədə qərarın dəyişəcəyi gözlənilir - Deputat danışdı
AZAL Gürcüstana səfər edənlərə xəbərdarlıq edib
Məhkəmə Əli Kərimliyə "yox" dedi - AXCP sədri azadlığa buraxılmadı
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb - XƏBƏRDARLIQ