ATV-nin keçmiş vitse-prezidentinə AzTV-də yüksək vəzifə - Təyinat

img

08-05-2015 [14:51]


Azad Azərbaycan Televiziyasının keçmiş vitse-prezidenti Həsən Abdullayevə AzTV-də vəzifə verilib.
AzNews.az-a daxil olan məlumata görə, Həsən Abdullayev televiziya layihələri üzrə baş prodüser təyin edilib. Bildirilir ki, kanalın yeni layihələrinin bir çoxu H.Abdullayevə tapşırılıb. Daxil olan digər məlumata görə, Həsən Abdullayev artıq bir neçə aydır ki, bu kanalda fəaliyyət göstərir. Məlumatı AzTV-dəki mənbələr təsdiqləyib.

Məlumat üçün bildirək ki, bu vaxta kimi AzTV-də baş prodüser vəzifəsi olmayıb. Bu post xüsusi olaraq H. Abdullayev üçün yaradılıb. Ona yaxın vaxtlarda kanalda daha yüksək səlahiyyətlər veriləcəyi gözlənilir.

Qeyd edək ki, H. Abdullayev bir neçə il ATV-də vitse-prezident vəzifəsində çalışıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA