Bəhruz Salmanov: “Dövlət sirri”nin yayılmasının qarşısının alınmasına yalnız qanunun, hüququn olması kifayət deyil

img

07-05-2015 [17:37]


BMAM-ın "İnformasiya təhlükəsizliyinin təminatı və dövlət sirri olan məlumatların qorunması yollarının sosial şəbəkələrdə və mediada təbliği" mövzusunda BMM-də keçirtdiyi tədbirdə iştirak edən politoloq Bəhruz Salmanov münasibət bildirib. 

Əvvəla, BMAM-a həmişə aktual olan və dövlətçilik mədəniyyətində məxsus yer almış "Dövlət sirri” ilə bağlı belə bir tədbir keçirtdiklərinə görə təşəkkür edirəm. Həmçinin, tədbirə toplaşan bütün iştirakçılara tədbirə gələrək belə bir vətənpərvər mövqelərinə görə minnətdaram. Belə bir tədbirə məni də dəvət etdiklərinə görə BMAM-nin rəhbərliyinə öz minnətdarlığımı bildirirəm. Bu aktual mövzuda unutmaq lazım deyil ki, informasiya yayımı ilə məşğul olan ictimai fəal və ya media nümayəndəsi bir insan, bir vətəndaşdır. Qanun, hüquq heç də insan həyatındakı bütün məqamları, baş verən hadisələri tənzimləmək iqtidarında deyil. Bunu yalnız hər bir insanda olan vicdan edə bilər. Vicdan da mənəvi dəyərdir. İnsanlığa, vətənə, dövlətçiliyə sədaqətin olması üçün mənəvi dəyərlər təbliğ olunmalıdır. Çox təəssüf ki, bu amil bizim KİV-də çox az yer alıb. Vətəndaşa əsrlər boyu dövlətçiliyimizi möhkəmləndirən milli-mənəvi dəyərlər aşılanmalıdır. Azərbaycançılıq, Azərbaycan vətəndaşının, Azərbaycan dövlətçiliyinin mədəniyyəti geniş şəkildə aidiyyatı qurumlar tərəfindən təbliğ olunmalıdır. İctimai qınaq olmalıdır. Necə ki şəxslər, dostlar arasında xəyanət baş verəndə ictimai qınaq özünü büruzə verir. "Dövlət sirri”nin yayılmasının qarşısının alınmasına yalnız qanunun, hüququn olması kifayət deyil. Hüququn əli çatmadığı o qədər məqamlar var. Əxlaq və tərbiyə səviyyəsinin yüksək olması hüququn yükünü azaldır. Mənim fikrimcə, milli-mənəvi dəyərlərə söykənmiş milli məfkurəmiz güclənməli və bu məfkürənin üzərində insan kapitalı formalaşmalıdır. Çıxış yolu bunda görürəm.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA