İki QHT rəhbəri arasında gözlənilməz qalmaqal - DİALOQ

img

06-05-2015 [19:30]



Avropada ailəlikcə mühacir həyatı yaşayan VHP sədri Sabir Rüstəmxanlının qardaşı, Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevlə QHT rəhbəri Sahib Məmmədov arasında "Facebook"da "atışma" olub.

Mia.az xəbər verir ki, Avropaya mühacirət etmə səbəblərinin yazıldığı məqalənin linkini səhifəsində paylaşan Ə.Əliyevin hərəkətləri Sahib Məmmədov tərəfindən qəzəblə qarşılanıb. Sahib Məmmədovun şərhini olduğu kimi təqdim edirik:

"Əlövsət bəy, nə qədər qeyri-səmimisiz. Qardaşınızın biri hakimiyyətə qulluq edir. Gəlininiz Soros fondunu, nə bilim ABŞ hökumətini söyür. Oğlunuz hökumət əleyhinə xəbərlər paylaşır. Sizi QHT fəaliyyətinə görə kim təqib edib? Siz axı həmişə hökuməti dəstəkləmisiz. O vaxt ATƏT məhkəmələrin monitorinqini İntiqam Əliyevdən alıb, Sizə verdi. Səbəbini yaxşı bilirsiz. Hökumət belə şərt qoymuşdu. Yekə kişisən. Özünü yüngül aparma. Səmim de ki, Avropada yaşamaq, uşaqları yerləşdirmək istəyirsən. Saçına, saqqalına yaraşmır, sadəcə. Sən seçkiqabağı bəyanatlar verəndə, mən dedim ki, Əlövsət bəy də getdi Avropaya".

Əlövsət Əliyevin cavabı da özünü çox gözlətməyib: "Hər kəs danişdıqca özünü ifadə edir. Sokratın "danış, səni ğörüm" ifadəsini Sizə xatırlatmaq istəyirəm. Danışdıqca başqa qohumlarımdan da misallar gətirəcək və özünüzü daha yaxşı ğöstərəcəksiniz. Mən kimin hansı mülkə sahib olmasını hec zaman hesablamadım. Heç sökülən mülklərini də saymadım. Biz təkcə Sabir Rüstəmxanlının şeirləriylə böyümədik, biz Azərbaycan sevdasıyla yaşayan hər kəsdən öyrəndik. Və müharibə başlayanda icra başcılığına iddia etmədik. Daha yüksək vəzifədən istefa verib, doyuşə yolandıq".

Qeyd edək ki, Ə.Əliyevin dəstəkçiləri də Sahib Məmmədovun fikirlərini sərt qarşılayıblar.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA