Deputatla bağlı qərar veriləcək - Şəmsəddin Hacıyev yeni vəzifəyə təsdiqlənəcək

img

05-05-2015 [14:51]


Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, YAP Səbail rayon təşkilatının sədr əvəzi Şəmsəddin Hacıyevlə bağlı sabah seçki olacaq.

Mia.az Strateq.az-a istinadən xəbər verir ki, YAP Səbail rayon təşkilatında növbədənkənar konfrans çağırılıb: "Mayın 6-da keçiriləcək konfransda Milli Məclisin komitə sədri, İqtisad Universitetinin sabiq rektoru Şəmsəddin Hacıyevin YAP Səbail Rayon Təşkilatına sədr seçkisi gündəlikdə olacaq. Və o, yeni vəzifəsinə təsdiqlənəcək”.

Xatırladaq ki, YAP Səbail Rayon Təşkilatının sədri Zahid Qaralov bir neçə ay əvvəl vəfat edib. Onun vəfatından sonra təşkilatın sədr vəifəsini deputat Ş.Hacıyev icra edir.

Xəbəri YAP Səbail Rayon Təşkilatından təsdiqləyiblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA